Bu gün Şabran rayonu ərazisində baş verən avtomobil qəzasında yaralananlardan ikisi Bakıya göndərilib.
Bu barədə məlumat oxu.az-a Şabran rayon Mərkəzi Xəstəxanasından verilib.
Bildirilib ki, iki nəfər - Pəri Vəliyeva və Seyidağa Səmədov Bakıya, Mərkəzi Gömrük Hospitalına göndərilib.
"Mercedes-Benz" markalı avtomobilin sürücüsü vəziyyətinə uyğun olaraq həkim nəzarətində saxlanılır. Onun Bakıya təxliyəsi ilə bağlı məsələyə baxıla bilər".
* * * * *
Şabran rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsində bir nəfər ölüb, üç nəfər yaralanıb.
"Report"un Şimal bürosunun məlumatına görə, Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun Dəvəçi kəndindən keçən hissəsində "SHACMAN" markalı yük maşını ilə "Mercedes-Benz" markalı minik avtomobili toqquşub.
Belə ki, hadisə nəticəsində Bakı şəhər sakinləri 1989-cu il təvəllüdlü Vəliyeva Pəri, 1995-ci il təvəllüdlü Seyidağa Səmədov və 1984-cü il təvəllüdlü İlqar Abdullayev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Şabran Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.
Qəza zamanı aldığı xəsarətlərdən ölən 1994-cü il təvəllüdlü Vahid Seymur oğlu Əmirlinin meyiti müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin yerli şöbəsinə təhvil verilib.
Qəzaya düşənlərin Gömrük Komitəsinin əməkdaşları olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.