Ödənişli yolda ağır qəza: Xəsarət alan var » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:57 BDU-nun tələbəsi avtoqəzada həyatını itirib  |     22:43 Kriştianu Ronaldunun qol vurduğu matçda komandası qələbə qazanıb  |     22:24 Azərbaycanda siqaret çəkən qadınların sayı açıqlandı  |     22:08 Bu ünvanda köhnə evlər sökülür - Yerində yeniləri tikiləcək  |     21:58 Müstəqim Məmmədov geyim şirkətinə yol təmir etdirir  |     21:49 Azərbaycan millisinin sabiq futbolçusu Bakıda qəzaya düşdü  |     21:41 “Qarabağ” - “Malmö” matçının biletləri satışa çıxarılır  |     21:38 Botsvana prezidenti Almaniyaya müraciət etdi, xalqının filləri yeyəcəyini dedi  |     21:30 Netanyahu İrana cavab hücumu ilə bağlı xəbərdarlıq edib  |     21:24 Keyfiyyətli diş pastasını necə seçmək olar?  |     21:19 Sovet insanının vərdişləri: Onlardan qurtulmağın vaxtıdır  |     21:12 “Samsung” smartfonları vacib funksiyanı itirə bilər  |     21:06 Qulaqlarınızı bunlarla təmizləməyin  |     20:59 Yüksək qan təzyiqi olanlar üçün ən sağlam pendir  |     20:48 “Huawei”dən gözlənilməz qərar – “Windows”dan imtina edir  |     20:41 18 günlük batareya ömrü təklif edən “Redmi Watch 5 Lite” təqdim edildi  |     20:38 İnfarkt necə baş verir? – Əlamətlər  |     20:33 Nyu-Yorkda Zelenski ilə Tramp arasında görüş keçirilir  |     20:26 Dünya çempionatı zamanı yıxılan velosipedçi ölüb  |     20:20 Netanyahu BMT Baş Assambleyasında çıxış edəndə ərəb nümayəndə heyəti zalı tərk edib  |    

Ödənişli yolda ağır qəza: Xəsarət alan var

Ənənəvi yola alternativ olaraq yaradılmış Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun ödənişli hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

Median.Az oxu.az-a istinadən xəbər verir ki, hadisənin videogörüntüləri sosial şəbəkələrdə paylaşılıb.

Yayılan görüntülərdə nəqliyyat vasitəsinin aşdığı görünür.

Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin inspektoru polis leytenantı Elvin Hacıyev açıqlamasında qəzanın ötən gün səhər saat 10 radələrində baş verdiyini qeyd edib:

"Hadisə Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun ödənişli hissəsinin Şabran rayonu ərazisindən keçən hissəsində (123-cü kilometrlikdə) qeydə alınıb. Bakı şəhər sakini 1989-cu il təvəllüdlü xanım sürücü idarə etdiyi "KIA Sportage" markalı 99-TA-076 dövlət qeydiyyat nişanlı minik avtomobilini yol kənarındakı beton maneəyə çırpıb. Zərbənin təsirindən nəqliyyat vasitəsi aşıb. Hadisə nəticəsində nəqliyyat vasitəsində olan 2017-ci il təvəllüdlü sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar təcili olaraq Şabran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hadisə ilə bağlı araşdırma aparılır".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            258 18.06.24 13:59