Müstəqim Məmmədov geyim şirkətinə yol təmir etdirir » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:50 Qadınla otelə getdi, başına bakal çırpdı - Məhkəmə qərarı  |     22:41 Keçmiş prezident həbs etmək üçün 7 min polis səfərbər ediləcək  |     22:35 Taksi sürücüsü başqasının kartından 1430 manatı necə çıxarıb? - İki gün sonra ələ keçdi  |     22:27 Yarım milyon vergi borcu olan şirkətin rəhbərinə “stop” qoyuldu  |     22:22 Boksçumuz dünya çempionatında Ermənistan təmsilçisinə qalib gəldi  |     22:16 Vladimir Putin Sahibə Qafarovanı “Dostluq” ordeni ilə təltif edib  |     22:08 Muzey Mərkəzinin direktoru Liana Vəzirovanın işdən çıxarılmasının səbəbi məlum olub  |     22:03 Dünya Bankı Xəzər dənizinin təmizlənməsi üzrə layihəni maliyyələşdirəcək  |     21:57 Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib  |     21:52 Bakıda mənzillər 11 %-dən çox bahalaşıb  |     21:45 Bako Sahakyandan etiraf: Silahlar Ermənistandan gəlirdi  |     21:39 Gəncədə məktəbli bıçaqlanıb  |     21:34 Bakının 5 rayonunda qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırma aparılıb  |     21:27 Sabah Kəngərlinin bir hissəsində 3 saat işıq olmayacaq  |     21:22 Lukaşenko yeni hökumət başçısını təyin edib  |     21:16 Peşəkar Çövkən Liqasında yeni mövsümə sabah start veriləcək  |     21:11 Omskın iş adamları Bakıya səfər edəcək  |     21:06 Ermənistan MTX-nın keçmiş əməkdaşı ev dustaqlığına buraxılıb  |     21:00 Sabah 22 dərəcə isti olacaq  |     20:53 Azad olunan ərazilərdə daha 138 mina aşkarlanıb  |    

Müstəqim Məmmədov geyim şirkətinə yol təmir etdirir

Tərtər Rayon İcra Hakimiyyəti yolların təmir olunması ilə bağlı tenderə yekun vurub.

Qaynarinfo xəbər verir ki, tenderin qalibi "Koneks Construction" MMC seçilib.

Artıq şirkətlə icra hakimiyyəti arasında satınalma müqaviləsi imzalanıb. Müqavilənin maliyyə dəyəri 430 108,47 manatdır.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında "Koneks Construction” MMC-nin 27 noyabr 2019-cu ildə qeydiyyata alındığı göstərilir. Şirkətin nizamnamə kapitalı 10 AZN-dir. Hüquqi ünvanı Bakı şəhəri Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi, ev 39, mənzil 202-də yerləşən MMC-nin qanuni təmsilçisi Fərzəliyev Mehdi Məhəmmədəli oğludur.

Şirkət dövlət satınalmalarında fəal iştirak edir və daha çox yerli icra hakimiyyətlərinin keçiridyi tenderlərin qalibi olur.

"Koneks Construction" MMC-nin geyimlə bağlı tenderlərin qalibi seçilməsi şirkət haqqında müəyyən şübhələrə səbəb olub.

Medianın yazdığına görə, şirkət tender əməliyyatlarında iştirak üçün yaradılıb.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovdur. O, 2014-cü ildən rayona rəhbərlik edir. Müstəqim Məmmədovun icra başçısı kimi karyerası isə 2012-ci ildən başlayır. O, həmin il Yevlax Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Müstəqim Məmmədov mətbuatda ən çox tənqid edilən icra başçılarındadır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            378 27.09.24 21:58