Mojo.az Banner
23:50 Məhkəmə Muaytay Federasiyası ilə bağlı qərar verdi - AÇIQLAMA  |     22:50 Əhməd təkrar cinayət törədib? - ŞOK SƏS YAZISI  |     22:41 Prezident təltif etmişdi: cəmi 4 ay sonra faciəli şəkildə öldü  |     22:34 Polisdən əməliyyat, saxlanılanlar var  |     22:29 Təbii qazın dəyəri azaldı  |     22:23 Alimlər sübut etdi: Müasir musiqi getdikcə "fastfuda"a çevrilir  |     22:15 Qeyri-sabit hava fermerləri çətin vəziyyətə saldı: Meyvə bahalaşacaq? (Video)  |     22:06 Əməkdar artistin səhhətində problem yarandı  |     22:01 Yılmaz: Azərbaycan ilə Ermənistan arasında davamlı sülhün əldə olunması çox önəmlidir  |     21:53 Kişi icarədar idmançı qızın burnunu qırdı - Bakıda restoranda insident  |     21:45 Ötən gün qanunsuz saxlanılan 7 silah aşkarlanıb  |     21:40 Müharibədə İrana dəyən ziyanın məbləği AÇIQLANDI  |     21:34 Bu sürücülərin "prava"sı əlindən alınacaq - SƏBƏB NƏDİR?  |     21:26 İran neft hasilatını azaltmağa başlayıb  |     21:18 Həkim məsləhəti olmadan ağrıkəsici qəbul edənlərə XƏBƏRDARLIQ  |     21:13 Dolu düşəcək, bəzi çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ  |     21:04 Bir reklamdan 135 milyon qazanıb tarixə düşdü  |     20:56 İki qardaş toyda bıçaqlandı  |     20:51 Pakistanın "Airblue" şirkəti Bakıya uçuşlara başlayır  |     20:44 Məktəbdən sonra uşağın düzgün istirahəti - Gücünü necə bərpa etməlidir?  |    
Left Banner
Right Banner

“Samsung” smartfonları vacib funksiyanı itirə bilər

27.09.2024 21:12 1 323
“Samsung” smartfonları vacib funksiyanı itirə bilər
İT nəhəngi “Samsung” uzun sürən patent mübahisəsini uduzduqdan sonra cihazlarında simsiz enerji doldurma texnologiyasından imtina edə bilər.

Lent.az xəbər verir ki, 2022-ci ildə “Mojo Mobility” Cənubi Koreya şirkətinin smartfonlarında tətbiq etdiyi beş simsiz enerji doldurma patentini pozduğuna görə “Samsung”u məhkəməyə verib. İki il sonra, 2024-cü il sentyabrın 13-də məlum oldu ki, “Mojo Mobility” davada qalib gəlib və bu səbəbdən “Samsung”u ciddi cəza gözləyir.

Məhkəmənin qərarına əsasən, “Samsung” 192 milyon dollar cərimələnəcək. Əgər şirkət bu cəriməni ödəməsə, o, gələcək cihazlarından simsiz enerji doldurmağı aradan qaldırmağa və ya patenti pozmayan yeni texnologiya hazırlamağa məcbur ola bilər.

“Samsung”un artıq buraxılmış qadcetlərdə simsiz enerji doldurmanı söndürmək məcburiyyətində qala biləcəyi daha radikal bir ssenari də mümkündür. Phone Arena hesabatına görə , bunun üçün müvafiq mikroproqram yeniləməsi buraxılacaq .

“Samsung”un açıq şəkildə istifadə etdiyi apellyasiya hüququ var. Amma medianın yazdığı kimi, məsələ kifayət qədər ciddidir. Əvvəllər oxşar vəziyyət “Apple” və onun “Watch Series 9” və “Ultra 2”də də baş vermişdi. Şirkət Masimonun patent iddiasını itirdiyinə görə smart saatların satışını müvəqqəti dayandırmalı olub. İndiyədək qanda oksigen səviyyəsinin ölçülməsi funksiyası ən son “Apple” saatlarında işləmir. Və nə vaxt işə başlayacağı məlum deyil.

скачать dle 11.3
Mojo.az Banner