Botsvana prezidenti Almaniyaya müraciət etdi, xalqının filləri yeyəcəyini dedi » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:02 Paytaxtın drenaj sistemləri yağışlı havalara hazırdırmı? - VİDEO  |     22:57 Un marketlərdə topdansatış qiymətindən 3 dəfə baha satılır - Son qiymətlər  |     22:51 Ancelina Coli Bred Pitin filminin uğursuzluğuna sevinir  |     22:46 Erkən nikahlara qarşı Hindistan modeli: Dövlət təhsildən yayınan qızlar üçün nə edə bilər?  |     22:39 Nigeriya prezidenti Liviyanı futbolçulara qarşı qeyri-insani rəftarda ittiham etdi  |     22:32 Otellərin "ulduz fırıldaqçılığı": Məqsəd nədir?  |     22:28 Velosiped və skuterlər bu hallarda cərimələnir  |     22:22 “Lufthansa” yəhudi sərnişinlərə qarşı ayrı-seçkiliyə görə 4 milyon dollar cərimələnib  |     22:15 "Liverpul" 17 yaşlı futbolçu ilə müqavilə imzalayıb  |     22:10 Cəlilabadın Göytəpə şəhərində səkkiz küçəyə şəhid adı verilib  |     22:04 Türkiyə ordusu İraqda iki PKK terrorçusunu öldürüb  |     21:59 Ağdamın üç kəndində tikinti işləri tamamlanmaq üzrədir  |     21:50 Elektromobillərin enerji doldurucularının idxalı və satışı ƏDV-dən daha iki il azad olunub  |     21:44 Rusiya Olimpiya Komitəsinin prezidenti istefa verib  |     21:37 Bu ilin səkkiz ayı ərzində ölkədə ölənlərin sayı azalıb  |     21:29 "Real"ın keçmiş futbolçusu Argentina klubunun baş məşqçisi olub  |     21:23 Türkiyədə tarixi əsər qaçaqmalçılarına qarşı əməliyyat keçirilib, şübhəlilər saxlanılıb  |     21:16 Nəsimi rayonunda narkotik əməliyyatı: Üç nəfər saxlanıldı - VİDEO  |     21:09 KİV: İranın qanunsuz neft satışından gəliri 200 milyard dollara çatıb  |     21:05 Alimlər: Elektron siqaretlər damarların qocalmasını sürətləndirir  |    

Botsvana prezidenti Almaniyaya müraciət etdi, xalqının filləri yeyəcəyini dedi

"Ya Almaniya filləri qəbul edəcək, ya da heyvanlar çətin anlar yaşayacaq. Şiddətli quraqlıq şəraitində fillər ölüm riski altındadır".

Qaynarinfo xəbər verir ki, bunu Botsvana prezidenti Mokqvetsi Masisi Almaniyaya göndərdiyi videomüraciətdə bildirib.

Bu ilin əvvəlində Almaniyanın Ətraf Mühit Nazirliyi fil sümüklərinin idxalına daha sərt məhdudiyyətlər qoyulmasını təklif edib. Bu, fillərin ovlanması üzrə Afrikanın əsas ölkələrindən biri olan Botsvananın qəzəbinə səbəb olub. Ölkənin Mokqvetsi Masisi alman mediasına müsahibəsində deyib ki, Almaniyanın təklifi botsvanalıların daha da yoxsullaşması ilə nəticələnəcək. O əlavə edib ki, fillərin mühafizəsi siyasəti bu heyvanların sayını xeyli artırıb və yalnız ov nəticəsində onların populyasiyasını nəzarətdə saxlamaq mümkündür.

"Biz Almaniyaya da belə bir hədiyyə təqdim etmək istərdik. Bu, bir zarafat deyil və Berlindən yox cavabını qəbul etməyəcəyik" deyən Masisi Almaniyanı 20 min fil göndərməklə hədələyib. Masisi o zaman "Bild"ə izah edib ki, fillərin ovlanması onların heyvanları qorumaq üçün görülən tədbirlər nəticəsində artan populyasiyalarını saxlamağın yeganə yoludur. Fil sümüklərinin satışı isə afrikalıların gəliridir.

İndi Masisi səxavətli təklifinə Almaniyadan heç vaxt cavab almadığı üçün bunu Berlinə xatırlatmaq qərarına gəlib: ya Almaniya filləri qəbul edəcək, ya da heyvanlar çətin anlar yaşayacaq.

"İnsanlarımız acdırsa, onları qidalandırmaq bizim borcumuzdur. Sizə səmimi deyirəm, onlar da fil yeyirlər!".

Namibiya və Zimbabve də fil əti yığmaq tədarük etmək planlarını bildiriblər. Problem ilk baxışda göründüyündən daha ciddidir. Botsvanada 130 mindən çox fil yaşayır ki, bu da dünya sayının təxminən üçdə birini təşkil edir. Onlar çox vaxt əkin sahələrini tapdalayır, şəxsi mülkləri məhv edirlər. Fillərin sayını azaltmaq üçün Botsvana artıq Anqolaya 8000 heyvan bağışlayıb və Mozambikə də yüzlərlə fil təklif edib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            192 27.09.24 21:38