Rusiya Xəzər Donanması yeni gəmilər və silahlarla təchiz olunacaq » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:37 Tədqiqatçılar cütlüklər üçün ideal yaş fərqini açıqladı  |     22:18 Pos-terminallarla işləməyən sahibkarlara nəzarət necə olur?  |     22:11 Taksilərin qiymətindəki ucuzluq nə qədər davam edəcək? (AÇIQLAMA)  |     22:10 Mağazada sındırılan əşyanın pulunu kim ödəməlidir? (AÇIQLAMA)  |     22:09 ABŞ-da azərbaycanlı qadın qəzada öldü  |     22:04 Bakıda su quyusuna düşən gənc xilas edilib - VİDEO  |     22:03 Ceyhun Bayramov NATO baş katibinin köməkçisi ilə görüşüb  |     22:02 Vəzifəli şəxslərə rüşvət verməklə cinayət məsuliyyətindən azad etdirəcəyini vəd verib – MƏHKƏMƏ  |     22:01 Filarmoniya direktorunun köməkçisi barəsindəki cinayət işinə xitam verilib  |     22:00 Oktyabrda 763 nəfərin Azərbaycana girişi məhdudlaşdırılıb  |     21:59 Yevlaxda avtomobillər toqquşub, ölən və xəsarət alan var  |     21:59 Naxçıvanda 1 500-dən çox elektrik sayğacı yenisi ilə əvəzlənib  |     21:58 Fransa - İsrail matçında tamaşaçı sayı baxımından antirekord qeydə alınıb  |     21:56 Rusiya Xəzər Donanması yeni gəmilər və silahlarla təchiz olunacaq  |     21:55 AK Aİ-nin ümumi müdafiə satınalmaları üçün 300 milyon avro ayırıb  |     21:38 Keşlə qəbiristanlığındakı bəzi məzarlar başqa əraziyə KÖÇÜRÜLDÜ  |     21:22 Fatih Terim Azərbaycana gəldi  |     21:12 Bakıda polis faciəli şəkildə öldü  |     20:43 Avropa çempionatı: Cüdoçumuz qızıl medal qazandı  |     20:20 Ermənistan "TIR"ları Rusiyaya buraxılmadı  |    

Rusiya Xəzər Donanması yeni gəmilər və silahlarla təchiz olunacaq

Xəzər Donanması yeni gəmilər və silah sistemləri ilə təchiz edilməyə davam edəcək, həmçinin Rusiyanın dəniz sərhədlərinin təhlükəsizliyini təmin etmək üçün aviasiya və sahil komponentlərini inkişaf etdirəcək.

Median.Az
” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Hərbi Dəniz Donanmasının komandanı, admiral Aleksandr Moiseyev donanmanın yaradılmasının 302-ci ildönümü münasibətilə dənizçiləri təbrik edərkən bildirib.

Moiseyevin sözlərinə görə, yaxın perspektivdə donanma ən müasir gəmilər və silahlarla təchiz edilməyə davam edəcək ki, bu da cənub dəniz sərhədlərinin təhlükəsizliyini təmin etmək və Xəzər dənizində ölkənin iqtisadi fəaliyyətini dəstəkləmək vəzifələrini səmərəli yerinə yetirməyə imkan verəcək. O, donanmanın bu sərhədlərin müdafiəsində mühüm rol oynadığını və dənizçilərin qarşıya qoyulan vəzifələrin öhdəsindən uğurla gəldiyini qeyd edib.

Admiral xatırladıb ki, son “Okean – 2024” strateji komanda-qərargah təlimləri çərçivəsində donanma qüvvələri yüksək peşəkarlıq nümayiş etdiriblər. Belə ki, Xəzər dənizində keçirilmiş təlimlərdə onlarla döyüş vahidi iştirak edib və şərti düşmən hədəflərinə qarşı kompleks zərbələr endiriblər.

Qeyd edək ki, bir sıra ekspertlər Rusiyanın hərəkətlərindən narahatlıqlarını ifadə edirlər və bunun 2018-ci il Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın pozulması ola biləcəyini göstərirlər. İran istisna olmaqla bütün sahilyanı ölkələr tərəfindən ratifikasiya edilmiş bu sənəd dənizdən yalnız sülh məqsədləri üçün istifadə prinsipini təsbit edir, lakin akvatoriyada demilitarizasiya haqqında müddəalar ehtiva etmir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            84 15.11.24 21:56