Mağazada sındırılan əşyanın pulunu kim ödəməlidir? (AÇIQLAMA) » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:37 Tədqiqatçılar cütlüklər üçün ideal yaş fərqini açıqladı  |     22:18 Pos-terminallarla işləməyən sahibkarlara nəzarət necə olur?  |     22:11 Taksilərin qiymətindəki ucuzluq nə qədər davam edəcək? (AÇIQLAMA)  |     22:10 Mağazada sındırılan əşyanın pulunu kim ödəməlidir? (AÇIQLAMA)  |     22:09 ABŞ-da azərbaycanlı qadın qəzada öldü  |     22:04 Bakıda su quyusuna düşən gənc xilas edilib - VİDEO  |     22:03 Ceyhun Bayramov NATO baş katibinin köməkçisi ilə görüşüb  |     22:02 Vəzifəli şəxslərə rüşvət verməklə cinayət məsuliyyətindən azad etdirəcəyini vəd verib – MƏHKƏMƏ  |     22:01 Filarmoniya direktorunun köməkçisi barəsindəki cinayət işinə xitam verilib  |     22:00 Oktyabrda 763 nəfərin Azərbaycana girişi məhdudlaşdırılıb  |     21:59 Yevlaxda avtomobillər toqquşub, ölən və xəsarət alan var  |     21:59 Naxçıvanda 1 500-dən çox elektrik sayğacı yenisi ilə əvəzlənib  |     21:58 Fransa - İsrail matçında tamaşaçı sayı baxımından antirekord qeydə alınıb  |     21:56 Rusiya Xəzər Donanması yeni gəmilər və silahlarla təchiz olunacaq  |     21:55 AK Aİ-nin ümumi müdafiə satınalmaları üçün 300 milyon avro ayırıb  |     21:38 Keşlə qəbiristanlığındakı bəzi məzarlar başqa əraziyə KÖÇÜRÜLDÜ  |     21:22 Fatih Terim Azərbaycana gəldi  |     21:12 Bakıda polis faciəli şəkildə öldü  |     20:43 Avropa çempionatı: Cüdoçumuz qızıl medal qazandı  |     20:20 Ermənistan "TIR"ları Rusiyaya buraxılmadı  |    

Mağazada sındırılan əşyanın pulunu kim ödəməlidir? (AÇIQLAMA)

Bəzən mağazalarda müştərilərin ehtiyatsızlığı nəticəsində mallar zərər görərək istifadəyə yararsız hala düşə bilir. Bu kimi vəziyyətlər müştərilər ilə mağaza rəhbərliyi arasında anlaşılmazlıqlara yol açır. Həmin zaman bəzi müştərilər zərərin ehtiyatsızlıqdan qaynaqlandığını əsas gətirərək dəymiş ziyanı ödəməkdən imtina edirlər. Mağaza sahibi isə zərərin ödənilməsini tələb etdikdə tərəflər arasında mübahisələr baş verə bilir.

Müştəri tərəfindən mağazadakı məhsula ziyan dəyərsə, zərəri kim qarşılamalıdır?

Median.Az xəbər verir ki, mövzu ilə bağlı milli.az-a vəkil Emil Aslanov açıqlama verərək bildirib ki, istehlakçı hər hansı bir məhsula bilmədən ziyan vurarsa, hər zaman bu zərəri ödəməli deyil.

"Lakin bəzi sahibkarlar, alıcıların öz hüquqlarını bilməməsindən istifadə edərək dəymiş zərəri müştərilərdən tələb edirlər. Mağazada hansısa əşya sındırılıbsa, bu zərəri müştəridən tələb etmək olmaz. Bəlkə o müştərinin üzərində o qədər məbləğ yoxdur. Hüquqları pozulmuş şəxs məhkəməyə müraciət etməklə öz pozulmuş hüquqlarını və dəymiş ziyanı tələb edə bilər".

Vəkil onu da əlavə edib ki, mağazalarda sındırılma ehtimalı yüksək olan məhsulun yanında xəbərdarlıq nişanı qoyulmalıdır ki, alıcılar bunu görüb daha ehtiyatlı davransınlar. Bəzi mağazalarda təmizlik zamanı xəbərdarlıq nişanı qoyulmur, bu kimi hallarda müştəri sürüşüb nə isə sındırarsa, dəymiş zərəri qarşılamalı deyil.

"Mağazaya uyğun olaraq rəfların düzülüş qaydaları müəyyən edilməlidir. Rəfların və üzərindəki həmin malların rəfdan kənara çıxması halında, həmin mağaza sahibinin günahı ucbatından hesab olunur və istehlakçıların hər hansı ziyanı ödəmək məsuliyyəti yaranmır. Heç bir mağaza sahibi alıcıyı girov kimi saxlaya bilməz. Bu, azadlığın pozulması faktıdır və sahibkar törətdiyi əmələ görə ciddi məsuliyyət daşıyır".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            255 15.11.24 22:10