Ukrayna Prezidenti Volodimir Zelenski Nyu-Yorkda Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampla görüşü başlayıb.
Median.Az “RBC-Ukrayna”ya istinadən xəbər verir ki, onlar danışıqları "Trump Tower"də aparırlar.
D.Tramp V.Zelenski ilə Rusiya ilə münaqişədə sülhə nail olunmasının vacibliyini müzakirə etmək niyyətində olduğunu bildirib.
“Gəlin sülhə nail olaq. Bizə sülh lazımdır! Biz ölümün və dağıntıların qabağını almalıyıq”, - eks-prezident qeyd edib.
Öz növbəsində, V.Zelenski Ukraynada müharibənin dayandırılmasının vacibliyi məsələsində D.Trampla baxışlarının üst-üstə düşdüyünü diqqətə çatdırıb.
//report