Tovuzda piyadanının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
“Report” xəbər verir ki, Tovuz rayon ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan piyada təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.
Onun şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırmalara başlanılıb.