Şeyxin 6-cı arvadının qaçmasının əsl səbəbi üzə çıxdı - Qəddar ata, xəyanət izi » Median.Az - Bütün xəbərlər bir ünvanda
19:04 Lenin mavzoleyi iki aylıq bağlanacaq  |     19:00 Keçmiş “Dostluq” kinoteatrının yenidən qurulması üçün elan olunan müsabiqə martın əvvəli başa çatacaq  |     18:59 Sabah Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar yeni artımlarla birgə ödəniləcək  |     18:58 Bakıda maskalanıb oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb  |     18:58 Türkiyə ordusu Suriyada əməliyyat keçirib, üç terrorçu öldürülüb  |     18:57 Fransada məlumat emalı mərkəzləri və süni intellekt infrastrukturuna 20 milyard avro yatırılacaq  |     18:56 Sabah Bakıda hava yağmursuz olacaq  |     18:55 Ermənistanda avtomobildə qumbara partlayıb, xəsarət alan var  |     18:55 Bakıda restoranda zəhərlənmə olub, AQTA araşdırmaya başlayıb  |     18:54 Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğu öz binasında fəaliyyətini bərpa edib  |     18:53 Saatlıda vətəndaşların 30 min manatını mənimsəməkdə şübhəli bilinən şəxs saxlanılıb  |     18:52 Dublinin mərkəzində bıçaqlı hücum nəticəsində üç nəfər xəsarət alıb  |     18:52 Misir atəşkəsin başlanğıcından Qəzzaya 5 min humanitar yardım yüklü maşın göndərib  |     18:50 Pensilvaniyada zavod partlayışı nəticəsində 10-dan çox insan xəsarət alıb  |     18:45 Ürək sağlamlığını effektiv şəkildə gücləndirən təbii maddələr açıqlanıb  |     18:44 Böyük Britaniyada 300 min il öncə adalarda yoxa çıxmış ilanlar tapılıb  |     18:41 Bakı-Quba yolunda 20 yaşlı oğlanı maşın vurub  |     18:26 "İnter Mayami" klubu yeni mövsüm üçün formalarını təqdim edib  |     18:14 Naxçıvanda iki qurumdan birgə əməliyyat: "Smerç" raketinin hissəsi tapıldı  |     17:53 Şamaxıda yaşadığı evdə avtomat gizlədən şəxs tutulub - FOTO  |    

Şeyxin 6-cı arvadının qaçmasının əsl səbəbi üzə çıxdı - Qəddar ata, xəyanət izi

The Times nəşri Birləşmiş Ərəb Əmirliklərinin Baş naziri və Dubay şeyxi Məhəmməd ibn Rəşid əl-Maktumun altı arvadından biri olan şahzadə Həyya bint əl-Hüseynin qaçışının səbəbini araşdıraraq, ortalığa maraqlı faktlar çıxardıb.

İddiaya görə, 69 yaşlı Şeyx Həyyanın ingilis ordusunun keçmiş zabiti, ailənin cangüdəni ilə əlaqəsi olduğundan şübhələnib. Şeyxin şübhələrinin nə dərəcə də doğruluğu məlum olmasa da, şahzadənin yaxın dostları bildirirlər ki, Həyya Şeyxin “İnstagram”da ona yazdığı “Sən xəyanətkarsan, sən ən qiymətli şeyə xəyanət etdin. Sənin sirrin gün üzünə çıxdı” mesajından qorxuya düşüb.


Əvvəlcə qadın 11 yaşlı qızı və 7 yaşlı oğlu ilə birgə Almaniyaya qaçıb. Bu haqda məlumat əldə edən Şeyx Həyyanı oradan geri gətirmək istəsə də, Almaniya tərəfi onun bu addımına rədd cavabı verib.

Bundan sonra Həyya İngiltərəyə köçüb. İndi uşaqlarla birlikdə şahzadə Londonda 85 milyon funt dəyərində olan sarayda gizlənir.

Bundan əvvəl isə mediada Həyyanın ölkəsini bir neçə ay əvvəl tərk etməyə çalışdığı haqda informasiyalar yayılıb. Onun bu addımı atmasına səbəb Şeyxin qızı Lətifənin ölkədən qaçmağa cəhd edən zaman başına açılan oyun olub.

Lətifə ölkədən qaçmaq üçün 7 il hazırlıqlar görüb. O, gözdən itməyə müvəffəq olsa da, son anda Lətifə ərəb xüsusi xidmət orqanları tərəfindən tutulub. Lətifənin bir neçə ay həbsxanada saxlanıldığı deyilir. Hazırda isə onun taleyi naməlumdur.

Şeyxin qızına qarşı etdiyi bu qorxunc əməllərindən sonra Həyya dəhşətə gəlib və özü ilə uşaqlarının eyni taleyi yaşamaması üçün ondan qaçıb.

Qeyd edək ki, 2004-cü ildə Dubay əmiri ilə ailə quran Həyya bint əl-Hüseyn şeyxin sayca altıncı arvadı olub. Şahzadə Həyya İordaniya Kralı II Abdullahın bacısıdır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 782 05.07.19 19:05