Ermənistanda avtomobildə qumbara partlayıb, xəsarət alan var » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:29 Rusiyanın Azərbaycandakı şəbəkəsi ifşa edildi - Siyahıda onlar var  |     23:08 Bu ölkə vətəndaşlarını Rusiyaya səfər etməməyə çağırdı  |     22:51 Azərbaycanda elektromobillərin sayı məlum oldu  |     22:48 Azad olunan ərazilərdə 94 mina zərərsizləşdirildi  |     22:48 Dünyanın ən yaxşı aviaşirkətinin adı açıqlandı  |     22:46 Şəkidə YANĞIN: Heyvanlar tələf oldu  |     22:44 Ötən il Gəncədə daşınmış sərnişinlərin sayı 100 milyonu keçib  |     22:35 “Mercedes”in əfsanəvi Formula-1 bolidi rekord qıraraq tarixə düşdü  |     22:34 Bu tarixlərdə ardıcıl 7 gün iş olmayacaq  |     22:28 Bakıda sürücünü hədələyib pulunu ələ keçirən şəxslər tutulub- VİDEO  |     22:28 Nazir: Müəllimlərin sayı azalacaq, maaşlar artacaq  |     22:20 Azərbaycanın taekvondo millisi Türkiyədə beynəlxalq turnirdə iştirak edəcək  |     22:16 Japarov Maskın "Amerikanın Səsi" və "Azadlıq Radiosu"nu bağlamaq çağırışını dəstəkləyib  |     22:12 Bakıda məktəbin həyətində qadının ŞAH DAMARINI KƏSDİLƏR  |     21:45 Ruben Vardanyanın məhkəmədə əsaslandırılmamış etirazı təmin olunmayıb  |     21:32 Bakıda dəhşətli qətl - Qadını namaz qılarkən vəhşicəsinə öldürdülər  |     21:19 İstanbuldan uçuşlar ləğv olundu  |     21:01 Kolumbiyada ildırım vurması nəticəsində dörd futbolçu həlak olub  |     20:50 Ermənistan XİN Türkiyə ilə sərhədin açılmasını təkzib etdi  |     20:38 Üç polkovnikə VƏZİFƏ VERİLDİ - ADLAR  |    

Ermənistanda avtomobildə qumbara partlayıb, xəsarət alan var

Ermənistanın Gegharkunik vilayətinin Sevan şəhərində “Lada Priora” markalı avtomobildə qumbaranın partlaması nəticəsində bir nəfər qəlpə yaraları alıb.

Bu barədə Ermənistan KİV-i məlumat yayıb.

Hadisə bazar günü axşam saatlarında baş verib. Vilayətin 28 yaşlı sakini Yuri K. çoxsaylı qəlpə yarası alıb və xəstəxanaya yerləşdirilib. Nəşr qeyd edir ki, ifadə vermək iqtidarında olmayan yaralı Sevan xəstəxanasından İrəvana aparılıb.

Əməliyyat-axtarış tədbirləri zamanı müstəntiqlər hadisənin təfərrüatlarını öyrəniblər. Onların məlumatına görə, həmin gün axşam zərərçəkən tanışı ilə birlikdə öz avtomobilində (sükan arxasında) olub. Onlar arasında mübahisə yaranıb və Yuri K. qumbara çıxararaq onu partladacağı ilə hədələyib.

Sərnişin avtomobili tərk etməyə çalışarkən Yuri K. onu saxlamaq istəyib. Bu zaman qumbara əlindən düşüb. Onun tanışı avtomobildən çıxmağa macal tapıb, bundan sonra partlayış baş verib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            168 10.02.25 18:55