Kibercinayətkarlıqla mübarizə üzrə mütəxəssislər “WhatsApp” istifadəçilərini ehtiyatlı olmağa çağırıblar.
Belə ki, bu şəbəkədə yeni dələduzluq növü peyda olub. Kibercinayətkarlar istifadəçilərə messencerin 10 illiyi münasibətilə pulsuz terabayt hədiyyə edilməsi barədə ismarıc göndərirlər. İstifadəçilər pulsuz terabaytdan yararlanmaq üçün verilmiş səhifəyə daxil olub bir neçə suala cavab verməli və bu səhifəni 30 dostuna ötürməlidir.
ESET mütəxəssisləri müəyyən ediblər ki, sorğunu fişinq saytı həyata keçirir və istifadəçilərin şəxsi məlumatlarını əldə etmək məqsədi daşıyır. Fırıldaqçılar “Adidas”, “Nescafe” və “Rolex” kimi məşhur brendlərin adlarından təkliflər təqdim edərək bir neçə zərərli kampaniya həyata keçiriblər.