Qızıl Aypara Cəmiyyəti Qəzza zolağında ilk səhra hospitalı qurub.
Bu barədə Fələstin Qızıl Aypara Cəmiyyətinin (PRCS) "X" hesabında məlumat verilib.
"Bu, Qəzza şəhərində cərrahiyyə, neonatologiya, reanimasiya, radiologiya, təcili yardım otağı və təcili xidmətlər daxil olmaqla bir neçə tibb şöbəsini əhatə edən ilk səhra hospitalıdır", - deyə məlumatda qeyd olunub.