Kim Çen In orduya tam döyüş hazırlığında olmağı tapşırıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:33 Maşının texniki baxışdan keçirilməsi üçün rüşvət alan sabiq vəzifəli şəxslə bağlı QƏRAR  |     12:32 Bakıda 170 minlik "iPhone" "atan" şəxs yenidən hakim qarşısında  |     12:31 Ermənistanda 44 günlük müharibədə oğurlanan silah-sursatların bir qismi tapıldı  |     12:28 Ağlaması qətlinə səbəb oldu: Moskva vilayətində dəhşətli cinayət  |     12:27 Son altı ildə qasırğaların gücünün artmasının səbəbi məlum oldu  |     12:26 Bölgələrdə uşaq bağçalarının istilik sistemi var, ancaq işləmir - VİDEO  |     12:23 Hacıqabulda məktəbli faciəli şəkildə ÖLDÜ  |     12:21 Valideynlərin NƏZƏRİNƏ: Uşaqlar arasında təhlükəli virus YAYILIB - VİDEO  |     12:14 İtaliyada lentlə yapışdırılan banan əsəri fantastik qiymətə satıldı  |     12:07 Azərbaycan hərbçiləri Türkiyədə təlimdə iştirak edirlər  |     12:00 Azərbaycan Ordusunun hərbi qulluqçusu dəfn olunub  |     11:49 Bakıda 59 yaşlı qadın qəzada ağır xəsarət aldı  |     11:44 Ağdamda 23 yaşlı qız yoxa çıxdı  |     11:42 Şəkidə avtomobil qəzasında xəsarət alan şəxs xəstəxanada öldü  |     11:24 Şəhid ailələrinin yaşayış sahəsi uçotuna dair YENİ QAYDALAR  |     22:23 Kamçatkadakı göldə təcrid olunmuş hannibal balıq populyasiyası tapıldı  |     22:16 İdman salonuna getmədən necə 10 kq arıqlamaq olar? - Məşqçidən 5 məsləhət  |     22:10 10 ayda restoranlarda 2 milyard manata yaxın pul xərclənib (RƏSMİ)  |     21:53 Süni zəka beyində şişləri tapa biləcək  |     21:46 Bakıda arvadını öldürən vəzifəli şəxsə bir il həbs cəzası verildi  |    

Kim Çen In orduya tam döyüş hazırlığında olmağı tapşırıb

Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In ordunun batalyon komandirləri və siyasi rəhbərlərinin dördüncü toplantısında çıxış edib və tam döyüş hazırlığında olmağa çağırıb.

Bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi (KMTA) xəbər yayıb.

Bildirilir ki, Şimali Koreya lideri "ABŞ və marionet Koreya Respublikası da daxil olmaqla düşmən qüvvələrin respublikaya qarşı hərbi qarşıdurma dəliliyinin təhdidedici xarakterini" qeyd edib və bunun regionun tarixində ən gərgin vəziyyəti yaratdığını bildirib.

O, Şimali Koreya Silahlı Qüvvələrini müharibəyə hazırlığın təkmilləşdirilməsi və döyüş qüvvələrinin artırılması üçün bütün səyləri göstərməyə çağırıb.

"Biz əldə edilənlərlə kifayətlənməyərək, nüvə qüvvələri başda olmaqla dövlətin özünümüdafiə qüvvələrini heç bir məhdudiyyət olmadan daim gücləndirməyə davam edəcəyik", - deyə Kim Çen In əlavə edib.

Qeyd olunur ki, belə bir tədbir sonuncu dəfə 10 il əvvəl baş tutub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            174 18.11.24 11:22