"Crocus" terroru ilə bağlı yeni təfərrüat: Məhv edilmiş telefonlar istintaqa kömək etdi » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:05 Niyam Rəmişin xanımını işdən çıxardıb?  |     15:55 Karantin cərimələri silinə bilərmi? - Hüquqşünasdan açıqlama  |     15:43 Filippində tayfunlarının yaratdığı fəlakətlərdə 12 nəfər həyatını itirdi  |     15:33 Gələn il bu pensiya 400 manatdan çox olacaq  |     15:22 Bakıda tikintidə FACİƏ: 69 yaşlı usta yıxılıb öldü  |     15:11 Vətəndaşlar hansı dərmanları apteklərdən pulsuz ala biləcəklər? - Hamının gözlədiyi cavab (VİDEO)  |     15:04 Azərbaycanda 4 il sonra minimum istehlak səbətinin tərkibinə yenidən baxılacaq  |     14:36 Umayra Tağıyeva: Meşələrin qırılmasına qarşı siyasəti gücləndirməliyik  |     14:26 Zaxarova: "Moskva COP29-un Bakıda mükəmməl təşkilini yüksək qiymətləndirir"  |     14:13 Sahil Babayev: Əlilliyin təyin olunması ilə bağlı problemi olanlar bizə müraciət etsinlər  |     13:56 Azərbaycanda toy etmək üçün nə qədər pul lazımdır?  |     13:47 AzTU-da 3 aydır tələbə təqaüdləri verilmir? - Universitet aydınlıq gətirdi  |     13:27 46 avtobus marşrutunun fəaliyyəti bərpa edilir  |     13:19 Evdə dərman saxlayarkən bunlara DİQQƏT edin, yoxsa zəhər olar…  |     13:13 Bakıda 170 minlik dələduzluq edən şəxs hakim qarşısında  |     12:52 Pensiyaların ödəniləcəyi tarix bilindi  |     12:41 Azərbaycan avtomobil idxalını azaldıb  |     12:39 Ermənistan Hindistanla danışıqlar aparır: Yeni artilleriya sistemləri alacaq  |     12:36 Nazir direktoru işdən çıxardı - YENİ TƏYİNAT  |     12:33 Maşının texniki baxışdan keçirilməsi üçün rüşvət alan sabiq vəzifəli şəxslə bağlı QƏRAR  |    

"Crocus" terroru ilə bağlı yeni təfərrüat: Məhv edilmiş telefonlar istintaqa kömək etdi

Rusiyanın Moskva vilayətində "Crocus City Hall" konsert zalında baş verən terror işinin açılması terrorçuların telefonları sayəsində mümkün olub. İstintaq Komitəsi bu cihazlardan bütün lazımi məlumatları əldə edə biliblər.

Median.Az
-ın "Komsomolskaya Pravda"ya istinadla verdiyi məlumata görə, bu barədə Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin bildirib.

Onun sözlərinə görə, rəqəmsal izlərin təhlili üçün əməkdaşlar xüsusi proqram təminatından istifadə edirlər.

"Krasnoqorskdakı "Crocus City Hall" konsert zalında terror aktı ilə bağlı cinayət işinin istintaqı zamanı müstəntiqlərimiz və kriminalistlər tərəfindən yüzlərlə müxtəlif daşıyıcıdan böyük həcmdə məlumat təhlil edilib. Hücumdan sonra iştirakçılar mobil telefonları məhv etməyə çalışıblar, lakin cihazların ekspert tədqiqatının nəticələri cinayətə hazırlıq şərtləri haqqında istintaq üçün əhəmiyyətli məlumatlar əldə etməyə imkan verib", - deyə o bildirib.

Xatırladaq ki, martın 22-də axşam Moskva vilayətindəki Krasnoqorskda yerləşən "Crocus City Hall" konsert zalında terror aktı baş verib. "Piknik" qrupunun çıxışından əvvəl silahlı şəxslər zala soxularaq tamaşaçılara atəş açıblar. Bundan sonra partlayışlar baş verib və yanğın başlayıb. Rusiya İstintaq Komitəsi terror aktı ilə bağlı cinayət işi açıb.

Növbəti gün hüquq-mühafizə orqanları hücumda şübhəli bilinən dörd nəfəri saxlayıb. Onlar Tacikistan vətəndaşları Şamsiddin Fariduni, Saidakrami Murodali Raçabalizoda, Dalercon Mirzoyev və Muhammadsobir Fayzov olublar. Onlar istintaq təcridxanasına göndəriliblər. Onlara ömürlük həbs cəzası təhlükəsi var.

Həmçinin hücum edənlərə ağ "Renault Symbol" satan Dilovar və Aminçon İslomov qardaşları, onların atası İsroil, terrorçulara mənzil kirayələyən Alişer Kasımov, Nazrimad Lütfulloi, Yakubconi Yusufzoda və Muhammad Şaripzoda həbs ediliblər. Son üç nəfər terror aktının maliyyələşdirilməsində şübhəli bilinir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            243 18.10.24 14:44