Türkiyədə 2000 dollar maaşa çoban tapa bilmirlər - SƏBƏB » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:04 Azərbaycanda saatlıq minimum əmək haqqı tətbiq ediləcək - Maaşlar artacaq  |     22:59 Gəncədə işə düzəltmə dələduzluğu  |     22:53 Əmisi oğlunun pasportu ilə Bakıya uçan Arşad tutuldu - İspaniyaya niyə gedirmiş?  |     22:48 Məmur oğlu 1 milyon 300 mini Nizami Alışana niyə veribmiş? - DETALLAR (FOTO)  |     22:41 Martda neçə gün evdəyik?  |     22:36 Sumqayıtda avtobusda yanğın olub - VİDEO  |     22:30 Azərbaycan Ordusunun hərbi qulluqçusu vəfat edib  |     22:23 Türkiyədə ağır yol qəzası olub, ölən və yaralananlar var  |     22:18 Azərbaycan boksçuları Monteneqrodakı beynəlxalq turnirə qatılacaqlar  |     22:11 Azərbaycan çempionatının daha bir oyunu baş tutmayıb  |     22:05 Mask 14-cü dəfə ata olub  |     21:58 ABŞ Ukraynanın enerji sisteminin bərpası üçün maliyyə yardımını dayandırıb  |     21:53 Gürcüstanın Baş naziri Zelenski ilə qalmaqallı danışıqlarda Trampı dəstəkləyib  |     21:47 Səhiyyə Nazirliyi: Qarlı havada 41 nəfər xəsarət alıb, 2-si əməliyyat olunub  |     21:40 Bakıda qarlı hava günlərində yol qəzalarında 5 svetofor dirəyi, 1 idarəetmə və 1 elektrik qutusuna zərər dəyib  |     21:35 Avropada qazın orta qiyməti 5 % artıb  |     21:29 Qaradağda kafedə qumarxana təşkil etməkdə şübhəli bilinən şəxslər saxlanılıb  |     21:21 Şirvanda avtomat aşkarlanıb  |     21:16 Sumqayıtda 17 yaşlı gənc dəm qazından ölüb  |     21:07 Alimlər neandertalların yoxa çıxmasının səbəbini müəyyən ediblər  |    

Türkiyədə 2000 dollar maaşa çoban tapa bilmirlər - SƏBƏB

Türkiyədə çoban böhranı var. İnsanlar hətta 2 min dollar maaş və internet olmadan bu işdən imtina edirlər.


Sfera.az bildirir ki, insanlar internetə çıxışı olmadan qoyun otarmaqdan imtina edir. Sürü sahiblərindən hər ay əlavə ən azı 30 GB internet pulu da ödəmələrini istəyirlər.
Belə ki, Elazığda qoyun sahibləri çoban tapmaqda çətinlik çəkdiklərindən şikayətlənirlər. Aylıq 70 min türk lirəsi (təxminən 3500 Azn) maaş və pulsuz yemək, içki, mənzil və geyim təklif etmələrinə baxmayaraq, bu vəzifəyə işçi tapmaq faktiki olaraq mümkün deyil.


Yerli sürü sahibi Nurettin Çelenk bir vaxtlar 500 qoyunu olduğunu, lakin çoban tapa bilmədiyi üçün heyvanlarının çoxunu satmaq məcburiyyətində qaldığını deyib. Çoban tapmayan Çelenk qalan heyvanlara özü baxır. O deyir ki, əvvəllər çobanlar sadəcə maaş istəyirdilər, indi isə internet tələb edirlər.


Çobanlar internetə çıxış olmadan qoyun otarmaqdan imtina edirlər. Əsasən də sürü sahiblərindən “Tik Tok” izləmək üçün ən azı 30 GB mobil internet ödəmələrini istəyirlər.


Onu da əlavə edək ki, 70 min lirə maaş Türkiyə üçün kifayət qədər yüksəkdir. Belə ki, məsələn, bir hüquqşünas orta hesabla 15-56 min lirə, müəllim isə 13-15 min lirə maaş alır. Prokurorun maaşı 40-45 min lirə, əczaçının maaşı isə 30-100 min lirədir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            354 01.10.24 22:17