Mojo.az Banner
11:46 İki çoban yarım milyon manatdan çox pulu necə mənimsəyib? - Film kimi cinayətin detalları (Video)  |     11:45 Həbsdə olan generala ağır itki  |     11:43 Gəncədə 35 yaşlı kişi dəm qazından boğuldu  |     11:31 Britaniya İrandakı səfirliyini bağlayıb  |     11:27 Məhkəmə oğlunu döyən, arvadına əzab verən şəxslə bağlı qərarı ləğv etdi  |     11:18 Abşeronda biryaşlı uşaq ölüb  |     23:09 Azərbaycanda türkiyəli tələbələrin meyitləri TAPILDI  |     22:57 Yanacağın qiymətindəki dəyişiklik gediş haqqına təsir edəcək?  |     22:38 2026-cı ildə CV-lər necə dəyişəcək? - Ən vacib 5 trend açıqlanıb  |     22:33 İki çoban yarım milyon manatdan çox pulu necə mənimsəyib? - Film kimi cinayətin DETALLARI (Video)  |     22:18 İran vətəndaşları quru sərhədlərini keçərək Türkiyəyə gedir  |     22:16 KİV: ABŞ Dövlət Departamenti 75 ölkə vətəndaşları üçün vizaların emalını dayandırır  |     21:51 Azər Bayramova yüksək VƏZİFƏ VERİLDİ  |     21:34 KİV: ABŞ 24 saat ərzində İrana hücum edə bilər  |     21:15 Hakimiyyətdəki mənbələr: Xunta rəhbərləri və digər şəxslərin Ermənistana təhvil verilməsi ehtimalı yoxdur  |     21:03 AAYDA Şuşaya gedən sürücülərə XƏBƏRDARLIQ etdi  |     20:54 Sumqayıtda 38 yaşlı qadın itkin düşdü  |     20:48 Əminağa Sadıqov niyə professor adından məhrum edilib? - RƏSMİ  |     20:39 KİV: Tramp Administrasiyası İrandakı 50 hədəfin koordinatlarını əldə edib  |     20:33 Qazaxıstan neftini daşıyan tankerlərə dron hücumunun təfərrüatı məlum oldu  |    
Left Banner
Right Banner

"Google" keçmiş işçisini şirkətə qaytarmaq üçün fantastik məbləğ ödədi

26.09.2024 18:07 1 581
"Google" şirkəti keçmiş əməkdaşı Noam Şaziri komandaya qaytarmaq üçün 2,7 milyard dollarlıq çek imzalayıb.

Median.Az
"The Wall Street Journal"a istinadən xəbər verir ki, Noam Şazir 2021-ci ildə şirkətdən ayrılıb və qısa müddət sonra "Character.AI" adlı şəxsi startapını işə salıb.

Rəsmi məlumata görə, "Google" "Character.AI" texnologiyalarına lisenziya üçün vəsait ödəyib. Müqavilə IT mütəxəssisinin şirkətə qayıtması şərtini də əhatə edib.

Qeyd olunur ki, artıq bu gün 48 yaşlı Noam Şazir "Google"un vitse-prezidentidir və şirkətin ən güclü süni intellekt texnologiyası olan "Gemini"nin üzərində işləyir.

"Google"da belə bir fikir hökm sürür ki, şirkətin milyardlarla dollar lisenziya haqqı ödəməyə razılaşmasının əsas səbəbi də məhz Noam Şazirin şirkətə qayıtmasına xidmət edib.

Məlumat üçün əlavə edək ki, N. Şazir "Google"un komandasına 2000-ci ildə qoşulub. 2017-ci ildə o, "Google"un digər yeddi tədqiqatçısı ilə birlikdə "Diqqət - sizə lazım olan hər şeydir" adlı məqalə dərc edib ki, bu da generativ süni intellekt texnologiyasının əsasını təşkil edib.скачать dle 11.3