Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
20:45 Bu mobil cihazlar da POS-terminal sayılacaq | 20:40 Bu şəxslərdən iş icazəsi tələb olunmayacaq | 20:32 Sabah hava necə olacaq? | 20:27 Meşədə yanmış meyiti tapılan şəxs məmur imiş | 20:19 Koronavirus yenidən yayılmağa başlayıb - Təhlükə var? (VİDEO) | 20:13 “Amay” Ticarət Mərkəzinin damında təhlükə - VİDEO | 20:05 "Gün keçdi" filminin davamı çəkilə bilər | 20:00 Tarixi gəmi turistlər üçün batırılacaq | 19:53 Kənd təsərrüfatı məhsullarını bahalaşdıran səbəb: Alış və satış qiymətlərinə limit təklifi | 19:44 Ucuz kredit vədi ilə bank hesablarını boşaltdılar - 120 nəfər hədəfə alındı | 19:43 Dünyanın ən populyar krossoverləri (SİYAHI) | 19:41 Onlayn ticarətdə qaydalar dəyişir: "Köhnə satıcılar" üçün çətin günlər başlayır | 19:36 Azərbaycan 14 İran vətəndaşını “arzuolunmaz şəxs” elan etdi - Adları | 19:19 Bağça müəllimlərinin sertifikatlaşdırılması üzrə qiymətləndirmə meyarları açıqlandı | 19:04 Amnistiya ilə azadlığa çıxdı, ətçəkən və çaydan oğurlayıb yenidən həbsə düşdü | 18:55 İki avtobus marşrutunun hərəkət sxemi dəyişdirilir | 18:27 Bank kartından istifadə edənlərə XƏBƏRDARLIQ | 18:13 Ermənistan İK sədri: "Zəngəzurda saxlanılan Azərbaycan əsgərinin heç kimi öldürmək niyyəti olmayıb" | 18:05 Cinayətkar birlik yaratmaqda təqsirləndirilən hərbçiyə hökm oxundu | 17:34 Qonşu həyətdən meyvə yığan kişi bədbəxt hadisədə öldü |
Mojo.az Avto
Mojo.az Avto

KİV: ABŞ 24 saat ərzində İrana hücum edə bilər

14.01.2026 21:34 1 089
KİV: ABŞ 24 saat ərzində İrana hücum edə bilər
ABŞ yaxın vaxtlarda İrana hücum edə bilər. Bunun yaxın 24 saat ərzində baş verəcəyi ehtimal olunur.

Bu barədə "Reuters" agentliyi iki Avropa məmuruna istinadən məlumat yayıb.

Məlumata görə, israilli bir məmur bildirib ki, ABŞ Prezidenti Donald Tramp İrana müdaxilə barədə qərar qəbul etmiş ola bilər.

Hərçənd, hücumun miqyası və müddəti hələ dəqiqləşdirilməyib.

"Reuters" agentliyi yüksəkvəzifəli İran rəsmisinə istinadən xəbər verir ki, İran amerikalı hərbçilərin olduğu qonşu ölkələrə xəbərdarlıq edib ki, əgər ABŞ-nin hücumu baş verərsə, həmin ölkələrdəki bazalara zərbə endiriləcək.

Bununla əlaqədar olaraq, ABŞ Yaxın Şərqdəki bazalarından personalın bir hissəsini çıxarmaq qərarına gəlib. Bu barədə amerikalı məmur jurnalistlərə məlumat verib.

Xüsusilə, bəzi əməkdaşlara yanvarın 14-ü axşama qədər Qətərdəki "Əl-Udeyd" ABŞ aviabazasını tərk etmək tapşırılıb. Agentliyin həmsöhbətlərindən biri dəqiqləşdirib ki, bu, təxliyə deyil, dislokasiyadır.

Son xəbərlər