Mojo.az Banner
Left Banner
Right Banner

AAYDA Şuşaya gedən sürücülərə XƏBƏRDARLIQ etdi

14.01.2026 21:03 516
AAYDA Şuşaya gedən sürücülərə XƏBƏRDARLIQ etdi
Qarlı hava şəraiti ilə əlaqədar Şuşa şəhəri istiqamətində hərəkət edən sürücülərə müraciət olunub.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

"Qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar olaraq təhlükəsizlik baxımından Şuşa şəhəri istiqamətində hərəkət edəcək sürücülərə alternativ olaraq Füzuli-Qırmızıbazar-Şuşakənd-Şuşa, həmçinin Ağdam-Ağdərə-Xankəndi-Şuşa avtomobil yollarından istifadə etməkləri tövsiyə olunur", - deyə məlumatda qeyd olunub.скачать dle 11.3
Mojo.az Banner