"Starlink" peyk internet xidməti çərçivəsində bütün dünyaya pulsuz xidmət göstəriləcək.
Median.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə "SpeysX" şirkətinin sahibi İlon Mask X səhifəsində yazıb.
Mask "Starlink"in fövqəladə hallar üçün əhəmiyyətli bir addım atdığını deyib.
Onun sözlərinə görə, "Starlink" interneti sayəsində fövqəladə vəziyyətlə qarşılaşan insanlar telefonlarından istifadə edərək təcili yardım xidmətləri ilə pulsuz əlaqə saxlaya biləcəklər.
Xatırladaq ki, hazırda "SpeysX"in peyk internet xidməti olan "Starlink" dünyanın 102-dən çox ölkəsini internetlə təmin edir. Lakin bu xidmətin təqdim etdiyi imkanlar bununla məhdudlaşmayacaq.