Rusiyanın Kursk vilayətində federal fövqəladə vəziyyət rejimi tətbiq edilib.
Median.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
"Avqustun 9-da fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, yanğın təhlükəsizliyinin təmin edilməsi üzrə hökumət komissiyasının növbədənkənar iclası keçirilib. Gündəmdə olan müzakirə mövzusu Ukrayna Silahlı Qüvvələrinin hücumu nəticəsində Kursk vilayətində yaranmış vəziyyətdir. Regionda federal reaksiya səviyyəsi tətbiq edilib", - deyə nazirlikdən bildirilib.