Mojo.az Banner
23:50 Məhkəmə Muaytay Federasiyası ilə bağlı qərar verdi - AÇIQLAMA  |     22:50 Əhməd təkrar cinayət törədib? - ŞOK SƏS YAZISI  |     22:41 Prezident təltif etmişdi: cəmi 4 ay sonra faciəli şəkildə öldü  |     22:34 Polisdən əməliyyat, saxlanılanlar var  |     22:29 Təbii qazın dəyəri azaldı  |     22:23 Alimlər sübut etdi: Müasir musiqi getdikcə "fastfuda"a çevrilir  |     22:15 Qeyri-sabit hava fermerləri çətin vəziyyətə saldı: Meyvə bahalaşacaq? (Video)  |     22:06 Əməkdar artistin səhhətində problem yarandı  |     22:01 Yılmaz: Azərbaycan ilə Ermənistan arasında davamlı sülhün əldə olunması çox önəmlidir  |     21:53 Kişi icarədar idmançı qızın burnunu qırdı - Bakıda restoranda insident  |     21:45 Ötən gün qanunsuz saxlanılan 7 silah aşkarlanıb  |     21:40 Müharibədə İrana dəyən ziyanın məbləği AÇIQLANDI  |     21:34 Bu sürücülərin "prava"sı əlindən alınacaq - SƏBƏB NƏDİR?  |     21:26 İran neft hasilatını azaltmağa başlayıb  |     21:18 Həkim məsləhəti olmadan ağrıkəsici qəbul edənlərə XƏBƏRDARLIQ  |     21:13 Dolu düşəcək, bəzi çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ  |     21:04 Bir reklamdan 135 milyon qazanıb tarixə düşdü  |     20:56 İki qardaş toyda bıçaqlandı  |     20:51 Pakistanın "Airblue" şirkəti Bakıya uçuşlara başlayır  |     20:44 Məktəbdən sonra uşağın düzgün istirahəti - Gücünü necə bərpa etməlidir?  |    
Left Banner
Right Banner

İsrail "Hizbullah" liderinin "sağ əlini" öldürdü

31.07.2024 13:05 2 028
İsrail
İsrail rəsmi olaraq Livanın paytaxtı Beyrutda İsrailin hava hücumu nəticəsində "Hizbullah" hərəkatının yüksəkrütbəli komandiri Fuad Şükürün öldürüldüyünü açıqlayıb.

Bu barədə İsrail Müdafiə Ordusunun nümayəndəsi, kontr-admiral Daniel Həcəri məlumat verib.

"Beyrutda "Hizbullah"ın yüksəkrütbəli komandiri, hərəkatın strateji bölməsinin rəhbəri olan "Seyyid Muhsin" ləqəbli Fuad Şükür dəqiq hava zərbəsi ilə məhv edilib", - deyə İsrail Müdafiə Ordusunun nümayəndəsi bildirib.

Daniel Həcəri əlavə edib ki, Fuad Şükür həm də "Hizbullah" lideri Həsən Nəsrullahın baş hərbi məsləhətçisi olub.

Məlumat üçün əlavə edək ki, İsrail ordusu Colan təpələrindəki Məcdəl Şəms şəhərinə hücuma görə məsuliyyət daşımaqda ittiham etdiyi Fuad Şükürü öldürmək məqsədilə paytaxt Beyrutun ətraf bölgələrinə zərbələr endirib.скачать dle 11.3
Mojo.az Banner