Ən əzabverici xəstəliklər hansılardır? » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:07 Silahlı Qüvvələr Günü münasibətilə Ulu Öndərin və şəhidlərin məzarları ziyarət olunub  |     13:56 Azərbaycan idmanında son 8 ilin rekordu  |     13:47 Qapısı açıq halda idarə olunduğu deyilən avtobusdan sərnişin yıxıldı - FOTO  |     13:32 Bakıda bu evlər kəskin BAHALAŞDI - VİDEO  |     13:20 Əcəmi metrosunun qarşısında dava: Ölən var  |     13:20 "WhatsApp"da yeni funksiya: Nömrələri yığıb zəng edə biləcəksiniz  |     13:18 Elşad Xosenin ailə FOTOsu  |     13:17 Ötən gün ölkə ərazisində 16 kiloqram narkotik aşkarlanıb  |     13:15 NATO-nun yeni baş katibi təsdiqlənib  |     13:14 İrəvan Bakıdan sülh sazişi ilə bağlı yeni təkliflər paketi alıb  |     13:13 50 nömrəli avtobusun sürücüsündən özbaşınalıq: "Nağd pulun yoxdursa, düş" - VİDEO  |     13:10 Çaylarda suyun səviyyəsi artıb  |     13:08 DİN-dən ƏMƏLİYYATLAR: "Qara bazar"da dəyəri üç milyon manat olan narkotik ələ keçirildi - VİDEO  |     13:06 Masazırda gənc qız hamamda boğuldu  |     12:42 Ağcabədidə oğurluqda şübhəli bilinən şəxs saxlanılıb  |     12:09 Culian Assanj rəsmən azadlığa buraxılıb  |     12:05 "YouTube"dan daha bir YENİLİK  |     12:04 Gənc oğlan azyaşlı sevgilisi ilə cinsi münasibətdə oldu: "Anası da orada idi"  |     12:00 "Planet qatili" Yer kürəsinə yaxınlaşır  |     11:59 XTQ-yə yeni komandan TƏYİN EDİLDİ  |    

Ən əzabverici xəstəliklər hansılardır?

"Amiotrofik yan skleroz (Lu Qehriq) ən ağır xəstəliklərdən biridir".

Bunu ABŞ-də çalışan tibb bacısı Culi Makfadden ölümlə nəticələnən ən ağrılı xəstəliklərdən danışarkən deyib.

O qeyd edib ki, onilliklər ərzində bu xəstəliyə yoluxanların əksəriyyətini xilas etmək mümkün olmayıb:

"Bu xəstəlik zamanı əzələ hərəkətlərini idarə edən sinir hüceyrələri tədricən məhv olur. Zamanla tənəffüsdə iştirak edən əzələlər işini dayandırır. Bu səbəbdən ölüm boğulma nəticəsində baş verə bilər".

C.Makfadden bildirib ki, qlioblastoma aqressiv beyin xərçəngidir və hər il təxminən 15 min ABŞ-liyə bu diaqnoz qoyulur:

"Bir çox xəstə qlioblastoma diaqnozundan sonra aylar ərzində işləmək və ya maşın sürmək qabiliyyətini itirir".

Onun sözlərinə görə, xroniki böyrək çatışmazlığı da ağır xəstəliklərdən biridir:

"Bu xəstəlik böyrəklər qanı düzgün filtrasiya edə bilmədikdə baş verir. Bunun səbəbləri şəkərli diabet, yüksək qan təzyiqi, sidik yollarında olan infeksiyalar ola bilər. Xəstəliyin ən yaxşı müalicəsi böyrək transplantasiyasıdır. Müalicə zamanı dializ proseduru (xüsusi cihazla qandan toksinlərin çıxarılması) vacibdir. Dializi dayandırmaq isə çox təhlükəlidir".

Mənbə: Daily Mailскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            195 17.06.24 11:43