Fələstinin HƏMAS hərəkatı İsrailin hərbi qüvvələrinin anklavda döyüşlərini dayandıracağı təqdirdə Qəzza zolağında nizamlanma ilə bağlı Təl Əvivlə razılıq əldə etməyə hazır olduğunu açıqlayıb.
Bu barədə hərəkatın teleqram kanalında yayılan xüsusi məlumatda deyilir.
Məlumatda qeyd edildiyi kimi, cümə axşamı HƏMAS rəhbərliyi vasitəçilərə Qəzza zolağında Fələstin xalqına qarşı müharibənin sona çatması halında hərəkatın İsrail həbsxanalarında olan fələstinlilərin azad edilməsi ilə bağlı tam razılaşma əldə etməyə hazır olduğunu bildirib.