İranda iki həftə ərzində 63 məhbus edam olunub » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:37 Bakıda polisə silahlı müqavimət göstərən şəxs ZƏRƏRSİZLƏŞDİRİLDİ, xəstəxanaya yerləşdirildi  |     15:56 Estetik əməliyyat zamanı "TikTok"da canlı yayım açan tibbi personal CƏZALANDIRILDI  |     15:47 Şəxsiyyət vəsiqələrinin vaxtı keçmiş seçicilər də səs verə biləcək  |     15:40 Lənkəranda sərnişin avtobusu aşdı: Yaralananların sayı 20-ni keçdi (YENİLƏNİB)  |     15:25 "Qırmızı Kitab"a düşən çöl quşlarını ovlayan şəxslər saxlanılıblar - VİDEO  |     15:13 İsrail Qəzzada iranlı jurnalisti həbs edib  |     15:02 "Olimpiakos"un prezidenti "Qarabağ" üzərində qələbəyə görə futbolçulara böyük bonus vəd etdi  |     14:42 Kaliforniyadakı meşə yanğınlarında ölənlərin sayı artdı  |     14:23 VHP-dən Tənzilə Rüstəmxanlının hacı Şahinlə bağlı açıqlaması barədə BƏYANAT  |     13:36 TƏBİB İsmayıllıda baş verən körpə ölümünün ilkin səbəbini açıqladı  |     13:16 Kapitoli binası yaxınlığında silahlı şəxs saxlanıldı  |     13:09 Bəzi ölkələrdən heyvan mənşəli məhsulların Azərbaycana gətirilməsinə məhdudiyyət qoyulub  |     13:04 Tramp "Dəmir qübbə" müdafiə sisteminin qurulmasına dair sərəncam imzalayıb  |     13:00 "Coca-Cola" Avropadakı məhsullarını kütləvi şəkildə geri çağırır  |     12:53 "Qarabağ"ın daha bir futbolçusu Avropa klubundan təklif alıb  |     12:47 "SalamNews" və "İnteraz"ın rəhbəri Mətləb Bağırov məhkəmədə ifadə verib  |     12:41 "Bandotdel"dən ƏMƏLİYYAT: Narkoşəbəkənin üzvləri İFŞA EDİLDİLƏR - VİDEO  |     12:31 Neymar Səudiyyə Ərəbistanı klubu ilə yollarını ayırdı  |     12:29 Daim stres içindəsinizsə, dərinizdə hansı problemlər yarana bilər?  |     12:28 Bu gün Azərbaycanda "sükut günü"dür  |    

İranda iki həftə ərzində 63 məhbus edam olunub

İranda iki həftə ərzində barələrində ölüm hökmü çıxarılan 63 məhbus həbsxanalarda edam olunub.

Median.Az 
“radiofarda”ya istinadən xəbər verir ki, bu barədə “Amnesty International” Təşkilatının hesabatında bildirilib.

Qeyd edilib ki, İranda bu il 28 aprel-11 may aralığında 15-i etiraz aksiyası iştirakçısı olmaqla, 63 nəfər edam olunub.

Təşkilatın baş katibi Aqnes Kallamar açıqlamasında deyib ki, İran hakimiyyəti insan həyatını tamamilə nəzərə almayaraq narkotik cinayətlərinə görə cəzaları sərtləşdirib : “Bu isə İran cəmiyyətində yoxsul insanlara qarşı ayrı-seçkiliyə səbəb olub”.

Təşkilatın hesabatına əsasən, 2022-ci illə müqayisədə 2023-cü ildə İranda edamların sayı iki dəfə artıb: “Naməlum səbəblərdən insanlar itkin düşür. Habelə ölkədə işgəncə və başqa qeyri-insani, alçaldıcı, qəddar əməllər mütəşəkkil şəkildə həyata keçirilir”.

Bildirilib ki, İran məhkəmə sistemi bu kimi qanunsuz əməlləri ictimailəşdirmir. İran İnsan Haqları Təşkilatı qeyd edib ki, İslam Respublikası 2023-cü ildə azı 22 qadını edam etməklə, dünyada bu göstəriciyə görə birinci yerdədir.

Məlumata görə, 2023-cü ildə 1634 edam hökmü icra olunub. Çindəki edamlar bu statistikaya daxil edilməyib. Təşkilatın hesabatına əsasən, Çin, İran, Səudiyyə Ərəbistanı, Somali və ABŞ 2023-cü ildə ən çox ölüm hökmü icra olunmuş ölkələrdir.

Kallamar ABŞ-da edamların sayının 18-dən 24-ə yüksəldiyini söyləyib.
//reportскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            420 29.05.24 20:59