Rusiya Baş Qərargah rəisinin daha bir müavini SAXLANILDI » Median.Az - Bütün xəbərlər bir ünvanda
15:21 Süni intellektdə inqilab: "ChatGPT"nin yeni modeli insan kimi düşünməyi öyrəndi  |     15:06 Ermənistanın Dövlət Gəlirləri Komitəsinin rəsmiləri külli miqdarda rüşvət tələb ediblər  |     14:37 Siyəzəndə 400 şagirdin təhsil aldığı məktəb bağlanıb - VİDEO  |     14:29 Tibbi sığorta ilə dərmanlar pulsuz veriləcək? - RƏSMİ AÇIQLAMA  |     14:28 Lənkəranda 68 yaşlı kişi özünü tövlədə ASDI  |     14:25 Bakıda bir gecənin içində parkın ərazisində bina tikiblər - İDDİA (VİDEO)  |     14:19 Bakıdan Sumqayıta yeni marşrut xətti istifadəyə verildi - FOTO  |     14:11 Bakıda filmlərdə gördüyümüz adam oğurluğu - Aeroportdan qaçırıblar  |     14:08 Gəncədə 18 yaşlı qadın bıçaqlandı - onunla qeyri rəsmi nikahda olan 15 yaşlı oğlan tutuldu (YENİLƏNİB)  |     23:01 Əlverişsiz hava şəraitinə görə ölkə çempionatının oyunu təxirə salınıb  |     22:56 Şəkidə qəza baş verib, xəsarət alanlar var  |     22:50 Bakıda kişi bonus kartlarını oğurlayıb özünə telefon aldı  |     22:43 Yuxuda əncir görmək nəyə işarədir?  |     22:37 25 dollara klaviaturalı telefonlar satışa çıxarıldı  |     22:31 Rayon sakinini aldadıb pulunu alan qadın tutuldu  |     22:25 Bu pəhrizlər diabet riskini artırır  |     22:20 Tibbi sığorta ilə dərmanlar pulsuz veriləcək? - RƏSMİ AÇIQLAMA  |     22:13 Azərbaycan çempionatını ən dəyərli futbolçuları (SİYAHI)  |     22:08 Verilişi bağlanan Amil Xəlilin yeni işi  |     22:01 İradə Zeynalova səfir təyin edildi  |    

Rusiya Baş Qərargah rəisinin daha bir müavini SAXLANILDI

Rusiyanın Baş Rabitə İdarəsinin rəisi, eyni zamanda Baş Qərargah rəisi Valeri Gerasimovun müavini general-leytenant Vadim Şamarin saxlanılıb.

Bu barədə Rusiya hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, Şamarin 235-ci Qarnizon Hərbi Məhkəməsində baxılan dələduzluq cinayəti ilə bağlı axtarışa verilib. Axtarışın nəticələrinə əsasən, general dindirilmək üçün İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsinə aparılıb.

2020-ci ildə Baş Qərargah rəisinin keçmiş müavini Xalil Arslanov silahlı qüvvələrə texnikanın verilməsi zamanı dələduzluqda və rüşvət almaqda ittiham olunaraq, həbs edilib.

Xatırladaq ki, bu yaxınlarda müdafiə nazirinin müavini Timur İvanov və Müdafiə Nazirliyinin baş kadrlar idarəsinin rəisi general-leytenant Yuri Kuznetsov rüşvət almaqda ittiham olunaraq saxlanılıb və həbs ediliblər.

Mənbə: kommersant.ruскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            435 23.05.24 11:51