Deputat: "Paşinyan istefa məsələsini heç kimlə müzakirə etmək niyyətində deyil" » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:57 Şəmkirdə yol qəzası olub, ər və arvadı xəsarət alıb  |     22:47 İnsan maksimum nə qədər yaşaya bilər?  |     22:33 İşdə bəxtiniz gətirəcək, eşqdə yox... - Həftəlik bürc proqnozu  |     22:24 Azərbaycanda məktəb direktoru ağacdan yıxılıb xəsarət aldı  |     22:07 Zəfər Günü münasibətilə Xankəndidə bayram konserti və atəşfəşanlıq olub  |     22:00 İki rayonda ev yanıb  |     21:52 Şuşada Zəfər Günü münasibətilə konsert keçirilib  |     21:45 Qəzzada həlak olan fələstinlilərin sayı 43,5 min nəfəri ötüb  |     21:39 Türkiyədə zəlzələ olub  |     21:33 Avropa İttifaqı ölkələrində 4,2 milyon ukraynalı qaçqın var  |     21:26 Azad olunmuş ərazilərə 4 ildə dövlət büdcəsindən 8,6 milyard ABŞ dolları investisiya qoyulacaq  |     21:20 Türkiyə ordusu İraqda terrorçulara məxsus mağara aşkarlayıb, xeyli ləvazimat ələ keçirilib  |     21:14 UEFA Çempionlar Liqası matçı zamanı vəfat edən azarkeş Lüksemburq millisinin keçmiş baş məşqçisi olub  |     21:05 Türkiyə ordusu Suriya və İraqda əməliyyat keçirib, 16 terrorçu öldürülüb  |     21:00 Pakistan XİN Zəfər Günü münasibətilə Azərbaycanı təbrik edib  |     20:52 COP29-un keçiriləcəyi Bakı Stadionunda inşaat işlərinin 99 faizi tamamlanıb  |     20:47 Bakıda 8 Noyabr - Zəfər Günü münasibətilə təntənəli bayram konserti keçirilir  |     20:40 Minsk Milli Kitabxanasında Azərbaycanın Zəfər Günü xüsusi işıq proyeksiyası ilə nümayiş etdirilib - VİDEO  |     20:32 Xüsusi təyinatlı: Şuşa əməliyyatlarında dərələrdən keçərək gözlənilməz istiqamətlərdən hücum edirdik  |     20:27 Alimlər: Süni qaralma dəri xərçəngi xəstəliyinə səbəb olur  |    

Deputat: "Paşinyan istefa məsələsini heç kimlə müzakirə etmək niyyətində deyil"

Ermənistanın baş naziri Nikol Paşinyan və hakim “Vətəndaş müqaviləsi” partiyası onun istefası ilə bağlı məsələni heç kimlə müzakirə etmək niyyətində deyil, heç kim hökumətin legitimliyini şübhə altına ala bilməz.
 
Sfera.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu mayın 17-də jurnalistlərə Ermənistan parlamentinin xarici əlaqələr üzrə daimi komissiyasının sədri, hakim partiyadan olan deputat Sarkis Xandanyan bildirib.
 
O bildirib ki, bu məsələ müzakirə mövzusu ola bilməz, çünki Ermənistan vətəndaşları 2021-ci ildə seçki yolu ilə hökuməti təyin edən parlament formalaşdırıblar. Ermənistanda hakimiyyət yalnız demokratik, legitim yolla, 2026-cı ildə keçiriləcək seçkilər yolu ilə dəyişə bilər.
 
S.Xandanyan onu da qeyd edib ki, baş nazirlə “Vətən uğrunda Tavuş” hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyan arasında görüş nəzərdə tutulmayıb: “Hansı məsələ ətrafında görüş keçirilməlidir? Hakim partiya belə bir təklif almayıb”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            318 17.05.24 17:18