İsrail 28 ölkədə səfirliklərinin fəaliyyətini müvəqqəti dayandırıb.
Bu barədə İsrail mətbuatı ölkənin Xarici İşlər Nazirliyində olan mənbəyə istinadən xəbər yayıb.
Bildirilir ki, İsrailin bu addımları İranın Dəməşqdəki konsulluğuna endirilən zərbələrdən sonra Tehranın qisasla bağlı Təl-Əvivi təhdid etməsi ilə əlaqədardır.
Həmçinin, qeyd olunur ki, səfirliklərin bağlanması barədə qərar İsrail Xarici İşlər Nazirliyinin Təhlükəsizlik Xidməti tərəfindən verilib və bu qərar ölkənin ümumi Təhlükəsizlik Xidməti ilə razılaşdırılıb.
Diplomatik missiyanın işçilərinə hələlik işə getməmək, ayıq-sayıq olmaq, İsraillə əlaqəli ola biləcək yerləri ziyarət etməkdən müvəqqəti çəkinmək tövsiyə edilib.
Xatırladaq ki, aprelin 1-i Suriya Müdafiə Nazirliyi İsrail Hərbi Hava Qüvvələrinin İranın paytaxt Dəməşqdə yerləşən baş konsulluğuna zərbə endirməsi barədə məlumat yayıb. Raket hücumu nəticəsində bina tamamilə dağılıb. İran İslam İnqilabı Keşikçiləri Korpusu insident zamanı yeddi iranlı hərbçinin öldüyünü açıqlayıb.
Mənbə: Newsru.co.il