Moskva vilayətində “Crocus City Hall”da 144 nəfərin ölümü ilə nəticələnən terror aktını törədənlərdən biri Dalerjon Mirzoyevdir. Onun vətənindən Rusiyaya getməsinə Novosibirskdəki qohumları kömək ediblər.
Dalerjonu öz mənzillərində qeydiyyatdan keçiriblər və birlikdə yaşamağa icazə veriblər. Onun qohumlarının sözlərinə görə, Dalerjon üç həftədən sonra köçüb.
Onlar növbəti dəfə Mirzoyevin adını terror aktından sonra eşidiblər və şoka düşüblər. Hadisədən sonra ailə yaşadıqları mənzildən köçməli olub.
Mirzoyevin dörd uşağı ilə Tacikistanda olan hamilə arvadı isə terror barədə xəbər tutandan sonra halı pisləşib. O, hazırda reanimasiyada yatır.
KİV-in qadının vəziyyəti ilə bağlı sualına Novosibirskdəki qohumlar çiyinlərini çəkiblər:
“Biz onun həyat yoldaşının xəstəxanadan çıxıb-çıxmadığını bilmirik. Bu ailə ilə bütün əlaqəni kəsdik, artıq belə qohumlarımız yoxdur”, - deyə onlar bildiriblər.
Mirzoyevin Tacikistandakı qohumları da qadının və valideynlərinin vəziyyətindən xəbərsiz olduqlarını deyiblər.
“Onlarla nə baş verdiyini bilmirəm, bilmək də istəmirəm”, - deyə qohumlardan biri jurnalistin sualını cavablandırıb.
Mənbə: Kp.ru