Hindistanın cənubundakı Telanqana əyalətindəki kimya zavodunda güclü reaktor partlayışı baş verib.
Bu barədə NDTV telekanalı məlumat yayıb.
Məlumata görə, azı 5 nəfər həlak olub, daha 8-10 nəfər dağıntılar altında qalıb.
Bildirilib ki, partlayış zamanı binada 50-yə yaxın insan olub.
Stansiyada daha bir reaktorun partlaya biləcəyi ilə bağlı qorxular var. Yaxınlıqdakı ərazilərdən insanların təxliyəsinə başlanılıb.