Vaşinqton və Tokio kosmosda nüvə silahının yerləşdirilməsi ilə bağlı qətnamə layihəsi hazırlayıblar » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:12 Abşeronda avtomobil qəzası olub, xəsarət alan var  |     13:51 Zərdabda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb  |     13:46 Dubayda rekord miqdarda yağan yağışın səbəbi məlum oldu  |     13:42 Azərbaycanda qəribə kənd adları: Mırtı, Potu, Soğanverdilər və s... - VİDEO  |     13:41 Səudiyyə Ərəbistanı Həcc ziyarəti ilə bağlı xəbərdarlıq etdi  |     13:39 Valideynlərin NƏZƏRİNƏ: Son günlər azyaşlılar arasında yayılan yeni virusun simptomları  |     13:33 Azərbaycanda magistral yolda hərəkət məhdudlaşdırılacaq  |     13:27 Bakıda ötən gün 296 kəsici-deşici alət aşkar olunaraq götürülüb  |     13:19 Azər Axşam tənqid etdiyi kanalda yenidən işə başladı  |     23:01 Xərçəng xəstəliyi ilə bağlı önəmli araşdırma: D vitamini nəyə qadirdir?  |     22:49 Tibbi arayışların elektronlaşması nə vəd edir? (AÇIQLAMA)  |     22:36 “Xarıbülbül” eksklüziv, limitli kolleksiyasına daxil olan xalçaların kəsim mərasimi keçirilib  |     22:29 Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib  |     22:20 Ukayna hərbi xidmətə məhdud yararlı şəxsləri ordu sıralarına cəlb edəcək  |     22:14 Salyanda avtomobil traktorla toquşub, xəsarət alan var  |     22:07 "Dərinsulu Günəşli" platformasından hasilat müvəqqəti dayandırılıb  |     22:00 Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olanların sayı açıqlanıb  |     21:48 Füzulidə 3 otaqlı ev yanıb  |     21:41 Ermənistanda delimitasiyaya etiraz edən şəxslər İrəvan-Sevan yolunu bağlayıb - VİDEO  |     21:35 Azərbaycan cüdoçusu Avropa çempionu olub  |    

Vaşinqton və Tokio kosmosda nüvə silahının yerləşdirilməsi ilə bağlı qətnamə layihəsi hazırlayıblar

Vaşinqton və Tokio BMT-nin Təhlükəsizlik Şurasının kosmosda nüvə silahının yerləşdirilməsinin qadağan edilməsini təsdiq edən qətnamə layihəsi hazırlayıblar.

Bunu ABŞ-nin BMT-dəki səfiri Linda Tomas-Qrinfild təsdiqləyib.

“Yer ətrafında orbitdə nüvə silahının yerləşdirilməsi, təhlükəli və qəbuledilməz hal olardı. Ölkələr Kosmik Müqavilənin dördüncü maddəsinə uyğun olaraq öz öhdəliklərinə əməl etməlidirlər (Yerin orbitinə nüvə silahı da daxil olmaqla, kütləvi qırğın silahları olan hər hansı obyektin yerləşdirilməsini qadağan edir - red.) Biz hələ bu müqaviləyə qoşulmamış bütün ölkələri Yer kürəsinin orbitində yerləşdirilməsi üçün yaradılan nüvə silahı və ya hər hansı digər kütləvi qırğın silahlarını inkişaf etdirməməyə çağırırıq”, - deyə Tomas-Qrinfild bildirib.

Yaponiyanın xarici işlər naziri Yoko Kamikava BMT Təhlükəsizlik Şurasının iclasında qeyd edib ki, Yaponiya qəti şəkildə inanır ki, kosmos nüvə silahı olmayan ərazi olaraq qalmalıdır.

“Bizim ortaq məsuliyyətimiz Kosmos Müqaviləsi də daxil olmaqla, mövcud hüquqi bazaya hörmət etməkdir”, - deyə o əlavə edib.

Mənbə: TASSскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            252 19.03.24 12:02