Kiyev noyabrın 1-dən qırmızı karantin zonasına daxil olacaq » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:46 Ceyhun Bayramov: "Fransanın bəhanə ilə iqlim mövzusundan kənar qalması yalnış addımdır"  |     12:29 Mikayıl Cabbarov Emi Breyşio ilə görüşüb  |     12:22 Bakıda binaların fasadlarında yeni divar rəsmləri peyda oldu  |     12:17 Süni itellekt Mayk Taysonla Ceyk Pol arasındakı döyüşün qalibini açıqlayıb  |     12:12 Rusiya Federasiyasının Baş prokuroru Bakıya gəlib  |     11:35 Alparslan Bayraktar COP29-da Ankaranın nüvə enerjisi sahəsindəki hədəflərindən danışdı  |     11:22 Bu gündən yaşayış binalarına İSTİLİK VERİLMƏSİ START GÖTÜRÜR  |     11:19 Filipp Kirkorov axtarışa verildi  |     22:29 Pentaqon ABŞ hökumətinin yerdən kənar texnologiyaya malik olduğunu inkar edib  |     22:10 İsrail HHQ Suriyada “İslami Cihad”ın obyektlərinə zərbələr endirib  |     22:02 COP29-un ən balaca iştirakçısı (VİDEO)  |     21:57 Polşa Koreya tanklarını Kalininqrada yaxınlaşdırdı  |     21:50 Ukrayna atom bombası hazırlayır? - Rəsmi Kiyevdən açıqlama  |     21:44 Dünya Bankı 10 ildə iqlim maliyyələşdirilməsinə 150 ​​milyard ABŞ dolları ayıra bilər  |     21:41 Azərbaycanlı müğənni evini 280 000 AZN-ə satır (VİDEO)  |     21:35 Əmək müqavilələrinin sayı 2 milyona çatır  |     21:27 "Qalatasaray"dan İkardinin həbsi ilə bağlı AÇIQLAMA  |     21:20 Hansı yaşda alkoqoldan tamamilə imtina etmək lazımdır? - Həkim  |     21:07 Yeni ildə neçə gün iş olmayacaq?  |     21:00 "Baker Hughes" şirkəti ilə birgə fəaliyyətin təşviqi müzakirə edilib  |    

Kiyev noyabrın 1-dən qırmızı karantin zonasına daxil olacaq

Ukraynanın paytaxtı Kiyev noyabrın 1-dən ən sərt karantin məhdudiyyətləri ilə əlaqədar qırmızı karantin zonasına keçir.

Bu barədə qərar Ekoloji Təhlükəsizlik və Fövqəladə Hallar üzrə Dövlət Komissiyasının növbədənkənar iclasında qəbul edilib.

İclasın nəticələrinə əsasən, 2021-ci il noyabrın 1-i saat 00:00-dan Kiyev şəhərində epidemiya təhlükəsinin qırmızı səviyyəsinin müəyyən edilməsi barədə qərar qəbul edilib.

Şəhər meri Vitali Kliçko bildirib ki, bu gün səhər saatlarında Kiyev rəhbərliyi paytaxtda qırmızı epidemiya təhlükəsi zonası tətbiq etmək xahişi ilə hökumətə müraciət edib. O, bu tələbi koronavirusun yayılması ilə bağlı vəziyyətin sürətlə pisləşməsi ilə əsaslandırıb. Merin sözlərinə görə, son bir həftə ərzində Kiyevdə gündə 1 000-dən çox xəstə və hər gün 30-50-dən çox ölüm qeydə alınır.

Kiyev meri onu da qeyd edib ki, noyabrın 1-dən paytaxtda bir sıra məhdudiyyətlər tətbiq ediləcək. Belə ki, yalnız peyvənd edilmiş insanlar və ya PCR testi mənfi olan insanlar işləyə və insanların sıx olduğu yerləri ziyarət edə biləcəklər. Eyni qayda ictimai nəqliyyata da aiddir. Məktəblərdə və universitetlərdə təlim distant təhsilə keçir və uşaq bağçalarına yalnız bütün işçilər peyvənd olunarsa, işləməyə icazə verilir.

Qeyd edək ki, Ukraynada 8 region artıq epidemiya təhlükəsinin qırmızı zonasındadır.

Səhiyyə Nazirliyinin məlumatına görə, Ukraynada son sutka ərzində koronavirusa yeni yoluxma hallarının sayı 26 071 nəfər təşkil edib ki, bu da pandemiya dövründə rekord göstəricidir. Gün ərzində 5 366 nəfər xəstəxanaya yerləşdirilib, 10 006 nəfər sağalıb, 576 nəfər ölüb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            447 29.10.21 13:43