Kiberidman Yay Olimpiya Oyunlarının proqramına salına bilər.
Bu barədə Rusiya Kompüter Oyunları Federasiyasının prezidenti Dmitri Smit açıqlama verib.
Onun sözlərinə görə, artıq bu istiqamətdə işlər gedir: "Şəxsən mən əminəm ki, kiberidmanın Olimpiya proqramına daxil edilməsi an məsələsidir. Çünki kiberidman çox böyük auditoriyaya malikdir".
Qeyd edək ki, növbəti olimpiada 2024-cü ildə Fransanın paytaxtı Parisdə keçiriləcək.