Yaponiyada nüvə stansiyasının fəaliyyəti dayandırılıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:46 Ceyhun Bayramov: "Fransanın bəhanə ilə iqlim mövzusundan kənar qalması yalnış addımdır"  |     12:29 Mikayıl Cabbarov Emi Breyşio ilə görüşüb  |     12:22 Bakıda binaların fasadlarında yeni divar rəsmləri peyda oldu  |     12:17 Süni itellekt Mayk Taysonla Ceyk Pol arasındakı döyüşün qalibini açıqlayıb  |     12:12 Rusiya Federasiyasının Baş prokuroru Bakıya gəlib  |     11:35 Alparslan Bayraktar COP29-da Ankaranın nüvə enerjisi sahəsindəki hədəflərindən danışdı  |     11:22 Bu gündən yaşayış binalarına İSTİLİK VERİLMƏSİ START GÖTÜRÜR  |     11:19 Filipp Kirkorov axtarışa verildi  |     22:29 Pentaqon ABŞ hökumətinin yerdən kənar texnologiyaya malik olduğunu inkar edib  |     22:10 İsrail HHQ Suriyada “İslami Cihad”ın obyektlərinə zərbələr endirib  |     22:02 COP29-un ən balaca iştirakçısı (VİDEO)  |     21:57 Polşa Koreya tanklarını Kalininqrada yaxınlaşdırdı  |     21:50 Ukrayna atom bombası hazırlayır? - Rəsmi Kiyevdən açıqlama  |     21:44 Dünya Bankı 10 ildə iqlim maliyyələşdirilməsinə 150 ​​milyard ABŞ dolları ayıra bilər  |     21:41 Azərbaycanlı müğənni evini 280 000 AZN-ə satır (VİDEO)  |     21:35 Əmək müqavilələrinin sayı 2 milyona çatır  |     21:27 "Qalatasaray"dan İkardinin həbsi ilə bağlı AÇIQLAMA  |     21:20 Hansı yaşda alkoqoldan tamamilə imtina etmək lazımdır? - Həkim  |     21:07 Yeni ildə neçə gün iş olmayacaq?  |     21:00 "Baker Hughes" şirkəti ilə birgə fəaliyyətin təşviqi müzakirə edilib  |    

Yaponiyada nüvə stansiyasının fəaliyyəti dayandırılıb

Yaponiyanın enerji şirkəti "Kansai Electric Power" ölkənin qərbindəki Fukui prefekturasındakı Mihama Atom Elektrik Stansiyasının (AES) üçüncü reaktorunu bağlayıb.

Bu barədə NHK telekanalı məlumat yayıb.

Reaktorun bağlanmasına səbəb kimi terror hücumlarına qarşı infrastrukturun gücləndirilməsi tədbirləri göstərilir.

İnfrastrukturun gücləndirilməsi işləri oktyabrın 25-də başa çatmalı idi. “Kansai Electric Power” nəzərdə tutulan müddətdə işləri başa çatdıra bilmədiyi üçün Yaponiya Atom Enerjisinə Nəzarət üzrə Dövlət Komitəsinin müvafiq əmrinə əsasən şirkət reaktorun işini dayandırmağa məcbur olub.

Atom elektrik stansiyalarında terror hücumlarına qarşı infrastrukturun gücləndirilməsi prosesinin 2022-ci ilin sentyabr ayına qədər başa çatacağı gözlənilir. Eyni zamanda, gələn ilin oktyabrına kimi üçüncü reaktorun işi bərpa olunacaq.

Aprelin 14-də Atom Enerjisinə Nəzarət Komitəsi Yaponiyanın ən güclü atom elektrik stansiyası olan Kaşivazaki-Karivanın fəaliyyətini qadağan edib, burada ciddi təhlükəsizlik pozuntuları aşkar edilib.

Qeyd edək ki, 2011-ci ildə Fukusima-1 Atom Elektrik Stansiyasında baş verən qəzadan sonra Yaponiya hakimiyyəti nüvə obyektləri üçün tələbləri sərtləşdirib. Terror hücumlarına qarşı infrastrukturun gücləndirilməsi zərurəti ilə yanaşı, AES-i idarə edən şirkətlər istismar müddəti 40 ildən çox olan reaktorların işini dayandırıblar. Onların fəaliyyətinin bərpası yalnız hərtərəfli yoxlamadan sonra mümkündür.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 098 24.10.21 22:47