Rusiya və Çin donanması ilk dəfə boğazdan birgə keçid etdi » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:26 Lionel Messi Paraqvaya məğlub olduqları görüşdə baş hakimi təhqir edib  |     14:20 Xaçmazda ər-arvadı öldürüb evlərini yandırmaqda təqsirləndirilən şəxslə bağlı qərar verilib  |     14:12 Azərbaycan XİN başçısı COP29 çərçivəsində CARICOM-un baş katibi ilə danışıqlar aparıb  |     14:06 “Azərpoçt” elektrikli və yaxud hibrid nəqliyyat vasitələrindən istifadə etmək istəyir  |     13:58 Türkiyənin bir sıra şəhərlərində yer titrədi  |     13:50 SOCAR "yaşıl istiqraz" buraxmağa qərar verib  |     13:46 Muhsin Şentürk: İqlim dəyişikliyi artıq insan hüquqları sahəsində problemlərə səbəb olub  |     13:39 Avropa çempionu 65 yaşında vəfat edib  |     13:30 Rumıniyalı nazir: “Moldova “Black Sea Energy” layihəsinə qatıla bilər”  |     13:23 Burundi Senatının vitse-spikeri Azərbaycanda səfərdədir  |     13:14 Yevlaxda avtomobillər toqquşub, ölən və xəsarət alan var  |     13:04 AYNA: "COP29-un 4-cü günündə 52 mindən çox sərnişin daşınıb"  |     12:59 Rusiyanın baş prokuroru COP29-da iştirak etmək üçün Bakıya gəlib  |     12:57 İranda mədən çökdü: Ölən və yaralananlar var  |     12:46 Ceyhun Bayramov: "Fransanın bəhanə ilə iqlim mövzusundan kənar qalması yalnış addımdır"  |     12:39 Bakının bəzi ərazilərdə bir gün su olmayacaq  |     12:29 Mikayıl Cabbarov Emi Breyşio ilə görüşüb  |     12:22 Bakıda binaların fasadlarında yeni divar rəsmləri peyda oldu  |     12:17 Süni itellekt Mayk Taysonla Ceyk Pol arasındakı döyüşün qalibini açıqlayıb  |     12:12 Rusiya Federasiyasının Baş prokuroru Bakıya gəlib  |    

Rusiya və Çin donanması ilk dəfə boğazdan birgə keçid etdi

İlk dəfə olaraq Rusiya Hərbi Dəniz Donanması və Çin Hərbi Dəniz Qüvvələrinin gəmiləri Yaponiyanın Honsü və Hokkaydo adaları arasında Sanqar boğazından (Tsugaru) birgə keçiblər.

Bu barədə Yaponiya nazirlər kabineti baş katibinin müavini Yoşihiko İsodzaki Tokioda keçirdiyi mətbuat konfransında bildirib.

“18 oktyabrda beş Rusiya və beş Çin hərbi gəmisi eyni vaxtda Tsugaru boğazından Yapon dənizindən Sakit Okeana qədər keçdiyini qeyd etdik. Bu, ilk dəfədir baş verir. Biz Yaponiya bölgəsindəki Rusiya və Çin gəmilərinin hərəkətini yaxından izləyirik”, - deyə o qeyd edib.

Yaponiya Müdafiə Nazirliyindən verilən məlumata görə, gəmilərin keçməsi beynəlxalq qaydalara uyğun olaraq həyata keçirilib, ərazi sularının pozulması qeydə alınmayıb.

Daha əvvəl Yapon dənizində Rusiya Hərbi Dəniz Qüvvələri və Çin Hərbi Dəniz Qüvvələrinin “Dəniz Qarşılaşması – 2021” adlı üçgünlük təlimləri keçirilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            393 19.10.21 18:34