İran qırıcı təyyarələrin alınmasına dair Rusiya ilə danışıqlar aparır.
Bunu hazırda Moskvada səfərdə olan İran silahlı qüvvələrinin Baş qərargah rəisi Məhəmməd Baqiri bəyan edib.
Onun sözlərinə görə, İran Rusiyadan təkcə qırıcılar deyil, digər təyyarə və helikorterlər də almağı planlaşdırır.
General bildirib ki, müvafiq saziş BMT-nin İrana silah tədarükünə dair embaqosunun müddəti başa çatdıqdan sonra imzalanacaq.
Mənbə: “Fars”