ABŞ-da ötən ayın yekunlarına əsasən, ölkə əhalisinin yalnız üçdə biri koronavirusa qarşı peyvəndin ilk dozasını qəbul edib.
Buna baxmayaraq, milyonlarca doza vaksinin zibilliyə atıldığı məlum olub.
Belə ki, ABŞ-ın xəstəliklərə nəzarət və önləmə mərkəzinin məlumatına görə, təkcə mart-sentyabr aylarında istifadə müddəti bitmiş 15 milyon COVID peyvəndi tullantıya çevrilib.
Dünyanın bir sıra ölkələrində isə milyonlarca insan vaksin çatışmazlığı ilə üzləşib.
Mənbə: TRT