Braziliyada Paraqvay çayında turistlərə xidmət göstərən gəminin qəzaya uğraması nəticəsində ən azı üç nəfər ölüb, yeddi nəfər itkin düşüb.
İlkin məlumatlara görə, göyərtəsində 21 nəfər turistin olduğu gəmi güclü külək səbəbindən çevrilərək batıb.
Qeyd olunur ki, turistlər çaya balıq tutmaq məqsədi ilə gediblər. Hadisə yerində xilasetmə əməliyyatının davam etdirildiyi bildirilir.
Mənbə: “Prensa Latina”