Çirkli əllərdən keçən xəstəliklər » Median.Az - Bütün xəbərlər bir ünvanda
15:55 Paşinyan psixoloji problem yaşayır? - AÇIQLAMA  |     15:46 Türkiyə-Gürcüstan sərhədində zəlzələ baş verib  |     15:17 Tramp öz vəkilini ABŞ baş prokurorunun müavini təyin etdi  |     15:06 "Kartdan-karta" üsulu ilə işləyən daha 170 sahibkara maliyyə sanksiyası tətbiq edilib  |     14:33 İlham Əliyevdən yüksək vəzifəyə TƏYİNAT  |     14:26 Lionel Messi Paraqvaya məğlub olduqları görüşdə baş hakimi təhqir edib  |     14:20 Xaçmazda ər-arvadı öldürüb evlərini yandırmaqda təqsirləndirilən şəxslə bağlı qərar verilib  |     14:12 Azərbaycan XİN başçısı COP29 çərçivəsində CARICOM-un baş katibi ilə danışıqlar aparıb  |     14:06 “Azərpoçt” elektrikli və yaxud hibrid nəqliyyat vasitələrindən istifadə etmək istəyir  |     13:58 Türkiyənin bir sıra şəhərlərində yer titrədi  |     13:50 SOCAR "yaşıl istiqraz" buraxmağa qərar verib  |     13:46 Muhsin Şentürk: İqlim dəyişikliyi artıq insan hüquqları sahəsində problemlərə səbəb olub  |     13:39 Avropa çempionu 65 yaşında vəfat edib  |     13:30 Rumıniyalı nazir: “Moldova “Black Sea Energy” layihəsinə qatıla bilər”  |     13:23 Burundi Senatının vitse-spikeri Azərbaycanda səfərdədir  |     13:14 Yevlaxda avtomobillər toqquşub, ölən və xəsarət alan var  |     13:04 AYNA: "COP29-un 4-cü günündə 52 mindən çox sərnişin daşınıb"  |     12:59 Rusiyanın baş prokuroru COP29-da iştirak etmək üçün Bakıya gəlib  |     12:57 İranda mədən çökdü: Ölən və yaralananlar var  |     12:46 Ceyhun Bayramov: "Fransanın bəhanə ilə iqlim mövzusundan kənar qalması yalnış addımdır"  |    

Çirkli əllərdən keçən xəstəliklər

BMT-nin Baş Assambleyasının UNİCEF və Ümumdünya Səhiyyə Təşkilatı ilə birgə qəbul etdikləri qərara əsasən, 2008-ci ildən etibarən hər il oktyabrın 15-i Dünya Əl Yuma Günü kimi qeyd edilir. Həmin günün məqsədi əllərin yuyulmasının sağlamlığa müsbət təsiri haqqında əhalinin məlumatlılığını artırmaqdır.

Median.Az
xəbər verir ki, Dünya Əl Yuma Günü əl yumanın bir vərdiş halına gətirilməsi məqsədilə elan edilib. Əllərin tez-tez yuyulması xəstəlik törədən müxtəlif mikroorqanizmlərin yayılmasının qarşısının alınması üçün ən effektiv vasitədir. Belə ki, bir çox respirator xəstəliklər, virus hepatitləri, bağırsaq infeksiyaları, pnevmoniya, COVID-19 və s. infeksion xəstəliklər çirkli əllər vasitəsilə keçir. Ekspertlərin fikrincə, çirkli əllərdə yüzlərlə milyona qədər mikroorqanizm yaşayır.

Əllərin yuyulması, xüsusilə COVID-19 pandemiyasının davam etdiyi bir dövrdə çox aktualdır. 2 ilə yaxındır ki, bütün dünya koronavirusla mübarizə aparır. Bu mübarizədə insanların başlıca silahı vaksinasiya və sanitar-gigiyenik qaydalara riayət etməkdir. Bunun üçün əllərin tez-tez yuyulması və ya spirtlənməsi vacib şərtdir. Əllərin yuyulması təkcə COVID-19-a deyil, kəskin bağırsaq infeksiyalarına və digər təhlükəli xəstəliklərə qarşı da ən sadə və əlçatan effektiv vasitədir və hər bir insanın şəxsi gigiyenasının tərkib hissəsidir.

Şəxsi gigiyena qaydalarına əməl etməklə bir çox xəstəliklərə qalib gəlmək mümkündür. Statistik məlumatlara görə, əllərin yuyulması diareya xəstəliklərinin səviyyəsinin 40%, respirator infeksiyaların səviyyəsinin 25% azalmasına imkan verir. Yadda saxlamaq lazımdır ki, əlləri nəinki sabunla təmiz yumaq, onları yuduqdan təmiz dəsmal və ya kağız salfetlə silmək də vacibdir. Çünki nəm əllər quru əllərdən daha çox bakteriya və virus ötürə bilir. Əllərinizi tez-tez yumaqla özünüzü və doğmalarınızı təhlükəli xəstəliklərdən qoruya bilərsiniz. /aztibb.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            510 15.10.21 23:24