Rusiyaya qanunsuz 200 kq geyim keçirmək istəyən azərbaycanlılar saxlanılıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
15:46 Türkiyə-Gürcüstan sərhədində zəlzələ baş verib  |     15:17 Tramp öz vəkilini ABŞ baş prokurorunun müavini təyin etdi  |     15:06 "Kartdan-karta" üsulu ilə işləyən daha 170 sahibkara maliyyə sanksiyası tətbiq edilib  |     14:33 İlham Əliyevdən yüksək vəzifəyə TƏYİNAT  |     14:26 Lionel Messi Paraqvaya məğlub olduqları görüşdə baş hakimi təhqir edib  |     14:20 Xaçmazda ər-arvadı öldürüb evlərini yandırmaqda təqsirləndirilən şəxslə bağlı qərar verilib  |     14:12 Azərbaycan XİN başçısı COP29 çərçivəsində CARICOM-un baş katibi ilə danışıqlar aparıb  |     14:06 “Azərpoçt” elektrikli və yaxud hibrid nəqliyyat vasitələrindən istifadə etmək istəyir  |     13:58 Türkiyənin bir sıra şəhərlərində yer titrədi  |     13:50 SOCAR "yaşıl istiqraz" buraxmağa qərar verib  |     13:46 Muhsin Şentürk: İqlim dəyişikliyi artıq insan hüquqları sahəsində problemlərə səbəb olub  |     13:39 Avropa çempionu 65 yaşında vəfat edib  |     13:30 Rumıniyalı nazir: “Moldova “Black Sea Energy” layihəsinə qatıla bilər”  |     13:23 Burundi Senatının vitse-spikeri Azərbaycanda səfərdədir  |     13:14 Yevlaxda avtomobillər toqquşub, ölən və xəsarət alan var  |     13:04 AYNA: "COP29-un 4-cü günündə 52 mindən çox sərnişin daşınıb"  |     12:59 Rusiyanın baş prokuroru COP29-da iştirak etmək üçün Bakıya gəlib  |     12:57 İranda mədən çökdü: Ölən və yaralananlar var  |     12:46 Ceyhun Bayramov: "Fransanın bəhanə ilə iqlim mövzusundan kənar qalması yalnış addımdır"  |     12:39 Bakının bəzi ərazilərdə bir gün su olmayacaq  |    

Rusiyaya qanunsuz 200 kq geyim keçirmək istəyən azərbaycanlılar saxlanılıb

Rusiyanın Sankt-Peterburq şəhərində yerləşən Pulkovo hava limanında gömrük sərhədindən 200 kq-dan çox Türkiyə istehsalı olan xəz geyimləri, ayaqqabı və digər paltarları öz üzərlərində və baqajlarında qanunsuz yollarla keçirmək istəyən Azərbaycan vətəndaşları saxlanılıb.

Bu barədə “Report” “TASS”a istinadən xəbər verir.

Qeyd olunub ki, İstanbul-Sankt-Peterburq aviareysi ilə gələn iki Azərbaycan vətəndaşı gömrük nəzarəti zonasına daxil olarkən müəyyən edilən həddən artıq malları gömrük nəzarətinə elektron və ya yazılı formada bəyan etmədiyi halda “Yaşıl kanal” buraxılış sistemindən istifadə etməklə həmin malları keçirmək istəyiblər.

Lakin gömrük baxışı zamanı Azərbaycan vətəndaşlarına məxsus çantalarda bəyan edilməyən xəz geyimləri, kişi və qadın geyimləri, ayaqqabılar, müxtəlif ölçülü papaqlar aşkarlanıb.

Ümumilikdə, həmyerlilərimiz 465 adda geyim əşyasını bəyannaməsiz Rusiya gömrüyündən keçirməyə çalışıblar. Saxlanılanların sözlərinə görə, bütün geyim əşyaları Sankt -Peterburqdakı dostlarına hədiyyə olaraq alınıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            789 15.10.21 23:17