İngiltərədə Mühafizəkarlar partiyasından olan millət vəkili Devid Amess Esseks bölgəsində seçiciləri ilə görüş keçirib.
Kilsədə təşkil olunan görüş zamanı seçicilərdən biri Amesə hücum edərək ona bir neçə bıçaq zərbəsi endirib.
Bütün cəhdlərə baxmayaraq, 69 yaşlı deputatın həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Amess 1997-ci ildən bəri millət vəkili olub və Breksitin qatı tərəfdarı kimi tanınıb.