Livan Ali Müdafiə Şurasının ölkədə baş verən iğtişaşlarla əlaqədər təcili iclası çağırılıb.
Bu təşəbbüslə Prezident Mişel Aun və Baş naziri Nəcib Mikati çıxış ediblər.
Qeyd edək ki, oktyabrın 14-də Livanın paytaxtı Beyrutda etirazçılarla polislər arasında toqquşma baş verib. Hadisə nəticəsində ölənlər və yaralananlar var.