Kanadanın Baş naziri Castin Trüdo ölkəsinin Əfqanıstandan 40 min qaçqını qəbul etməyə hazır olduğunu bildirib.
“Digər ölkələri də qaçqınları təhlükəsiz yerləşdirmək üçün dəstəyini artırmağa çağırırıq”, - Castin Trüdo qeyd edib.
Kanadanın Baş naziri öz səhifəsində qaçqınların qəbuluna dair dövlət sənədini də yerləşdirib.
Sənəddə Kanadanın humanitar proqramlarına daxil olan şərtlər barədə məlumat verilir.