13 il əvvəl Co Baydenin həyatını xilas edən əfqanıstanlı tərcüməçi təhlükəsiz şəkildə ölkəsini tərk edib.
Mətbuatda yayılan məlumatlara görə, kişi və onun ailəsi əvvəlcə qonşu Pakistana, sonra isə təhlükəsizlik səbəbləri ilə adı çəkilməyən üçüncü ölkəyə aparılıb.
Mənbə yazır ki, tərcüməçinin ölkədən çıxarılması məxfi yollarla həyata keçirilib.
Əməliyyatda ABŞ ordusunun veteranları və Əfqanıstan ordusunun keçmiş zabitləri iştirak edib.
Xatırladaq ki, 2008-ci ildə o zaman senator olan Co Bayden həmkarları birlikdə Əfqanıstana yollanıb.
Lakin siyasətçiləri daşıyan vertolyot çovğuna düşdüyündən pilot dağ yolunda təcili eniş etməli olub.
36 yaşlı tərcüməçi Məhəmməd C.Bayden və onun həmkarlarının xilasedilməsi əməliyyatında iştirak edən qrupun daxilində olub.
Mənbə: “The Wall Street Journal”