RF İstintaq Komitəsinin KİV-lə qarşılıqlı əlaqələr şöbəsinin ilk rəhbəri, general-mayor Vladimir Markin vəfat edib.
Bu barədə qurumun saytında bildirilib.
“Həmkarımız, Rusiya Federasiyası İstintaq Komitəsinin KİV-lərlə qarşılıqlı əlaqələr şöbəsinin ilk müdiri, ədliyyə general-mayoru Vladimir İvanoviç Markin vəfat edib. Bu, hamımız üçün ağır itkidir”, - deyə məlumatda bildirilir.
Qeyd edək ki, V.Markin 2016-cı ildə öz xahişi ilə RF İK sıralarından xaric edilib. O uzun müddət ciddi xəstəlikdən əziyyət çəkib.