Pakistanlı nüvə fiziki, ölkənin nüvə proqramının rəhbəri Əbdül Qadir Xan 86 yaşında vəfat edib.
Məlumatı alimin yaxınları da təsdiqləyib.
Qeyd olunur ki, Əbdül Qadir Xanın ölümü məşhur alimin bir müddət əvvəl keçirdiyi koronavirus infeksiyasının onun səhhətində yaratdığı fəsadlarla əlaqədardır.
Məşhur alimin vəfatı ilə əlaqədar Pakistanda ölkə rəhbərliyi səviyyəsində bir neçə anım tədbirinin keçiriləcəyi qeyd olunub.