Sakit okeanda yerləşən Vanuatu adası sahillərində 6,8 bal gücündə zəlzələ olub.
Məlumatı ABŞ-ın Geoloji Xidməti yayıb.
Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 10.59-da (Bakı vaxtı ilə saat 14.59) baş verib.
Zəlzələnin ocağı 485 km dərinlikdə yerləşib. Dağıntı və tələfat barədə məlumat verilməyib.