Çex Respublikasında parlament seçkiləri keçirilir.
Təxminən 8 milyon seçicinin olduğu ölkədə səsvermə iki gün davam edəcək.
Parlament seçkilərində 22 partiya və ittifaq iştirak edir.
Seçicilər bu gün yerli vaxtla 14:00-22:00 və sabah 08:00-14:00 arasında 14 seçki dairəsində səs verə biləcəklər.
Təxminən 10,5 milyon əhalisi olan ölkədə keçirilən son rəy sorğularına görə, 9 partiya 5 yerlik seçki baryerini keçərək 200 yerlik parlamentdə təmsil olunmaq hüququ qazanacaq.
Son rəy sorğularına görə hakim ANO hərəkatı ən yüksək- 27 faiz səslə parlamentdə təmsil olunacaq.
Mənbə: “Anadolu” agentliyi