Gürcüstan nümayəndə heyətinə Qarabağda aparılan yenidənqurma işləri barədə məlumat verilib » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:18 Pos-terminallarla işləməyən sahibkarlara nəzarət necə olur?  |     22:11 Taksilərin qiymətindəki ucuzluq nə qədər davam edəcək? (AÇIQLAMA)  |     22:10 Mağazada sındırılan əşyanın pulunu kim ödəməlidir? (AÇIQLAMA)  |     22:09 ABŞ-da azərbaycanlı qadın qəzada öldü  |     22:04 Bakıda su quyusuna düşən gənc xilas edilib - VİDEO  |     22:03 Ceyhun Bayramov NATO baş katibinin köməkçisi ilə görüşüb  |     22:02 Vəzifəli şəxslərə rüşvət verməklə cinayət məsuliyyətindən azad etdirəcəyini vəd verib – MƏHKƏMƏ  |     22:01 Filarmoniya direktorunun köməkçisi barəsindəki cinayət işinə xitam verilib  |     22:00 Oktyabrda 763 nəfərin Azərbaycana girişi məhdudlaşdırılıb  |     21:59 Yevlaxda avtomobillər toqquşub, ölən və xəsarət alan var  |     21:59 Naxçıvanda 1 500-dən çox elektrik sayğacı yenisi ilə əvəzlənib  |     21:58 Fransa - İsrail matçında tamaşaçı sayı baxımından antirekord qeydə alınıb  |     21:56 Rusiya Xəzər Donanması yeni gəmilər və silahlarla təchiz olunacaq  |     21:55 AK Aİ-nin ümumi müdafiə satınalmaları üçün 300 milyon avro ayırıb  |     21:38 Keşlə qəbiristanlığındakı bəzi məzarlar başqa əraziyə KÖÇÜRÜLDÜ  |     21:22 Fatih Terim Azərbaycana gəldi  |     21:12 Bakıda polis faciəli şəkildə öldü  |     20:43 Avropa çempionatı: Cüdoçumuz qızıl medal qazandı  |     20:20 Ermənistan "TIR"ları Rusiyaya buraxılmadı  |     20:11 COP29 çərçivəsində IDEA və "Clean Air Fund" tərəfindən panel müzakirələri təşkil olunub  |    

Gürcüstan nümayəndə heyətinə Qarabağda aparılan yenidənqurma işləri barədə məlumat verilib

Baş nazirin müavini Əli Əhmədov ilə Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşakmadzenin başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

Baş nazirin müavini Əli Əhmədov Azərbaycan və Gürcüstan arasındakı tarixi dostluq və mehriban qonşuluq münasibətlərinə diqqət çəkərək, iki xalqın və dövlətin biri-birinə dərin hörmət və ehtiramı barədə danışıb.

Görüş çərçivəsində 30 illik işğal müddətində Ermənistanın Azərbaycan torpaqlarında törətdiyi vandallıq aktları haqqında məlumat verən Baş nazirin müavini bildirib ki, Ermənistanın Azərbaycana təcavüzünün faciəli nəticələri təkcə ərazimizin iyirmi faizinin zəbt edilməsi, milyona yaxın insanın qaçqın və məcburi köçkünə çevrilməsi ilə məhdudlaşmayıb, Azərbaycan tarixinə, mədəniyyətinə, xalqın dini əqidəsi ilə bağlı dəyərlərə də ağır zərbələr vurulub. 44 günlük Vətən müharibəsinin ardından dövlətimizin Qarabağda apardığı yenidənqurma və bərpa işləri barədə qonağa ətraflı məlumat verən Əli Əhmədov diplomatik korpusun tərkibində Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradzenin də işğaldan azad olunan torpaqlarımıza səfəri zamanı ermənilərin törətdikləri vandallıq aktlarının şahidi olduğunu qeyd edib.

Səmimi görüşə görə təşəkkürünü bildirən Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşakmadze iki ölkə arasındakı mədəni əlaqələrin inkişafının əhəmiyyətinə toxunub. O, Gürcüstanın paytaxtı Tbilisi şəhərində tikilməkdə olan Azərbaycan teatrı barədə ətraflı məlumat verib, eyni zamanda Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə Azərbaycanın Qax rayonunda mədəniyyət mərkəzinin inşasına görə dərin təşəkkürünü bildirib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            780 27.08.21 19:37