NASA Titanda həyat növünün axtarışını reallaşdıracaq » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:18 Pos-terminallarla işləməyən sahibkarlara nəzarət necə olur?  |     22:11 Taksilərin qiymətindəki ucuzluq nə qədər davam edəcək? (AÇIQLAMA)  |     22:10 Mağazada sındırılan əşyanın pulunu kim ödəməlidir? (AÇIQLAMA)  |     22:09 ABŞ-da azərbaycanlı qadın qəzada öldü  |     22:04 Bakıda su quyusuna düşən gənc xilas edilib - VİDEO  |     22:03 Ceyhun Bayramov NATO baş katibinin köməkçisi ilə görüşüb  |     22:02 Vəzifəli şəxslərə rüşvət verməklə cinayət məsuliyyətindən azad etdirəcəyini vəd verib – MƏHKƏMƏ  |     22:01 Filarmoniya direktorunun köməkçisi barəsindəki cinayət işinə xitam verilib  |     22:00 Oktyabrda 763 nəfərin Azərbaycana girişi məhdudlaşdırılıb  |     21:59 Yevlaxda avtomobillər toqquşub, ölən və xəsarət alan var  |     21:59 Naxçıvanda 1 500-dən çox elektrik sayğacı yenisi ilə əvəzlənib  |     21:58 Fransa - İsrail matçında tamaşaçı sayı baxımından antirekord qeydə alınıb  |     21:56 Rusiya Xəzər Donanması yeni gəmilər və silahlarla təchiz olunacaq  |     21:55 AK Aİ-nin ümumi müdafiə satınalmaları üçün 300 milyon avro ayırıb  |     21:38 Keşlə qəbiristanlığındakı bəzi məzarlar başqa əraziyə KÖÇÜRÜLDÜ  |     21:22 Fatih Terim Azərbaycana gəldi  |     21:12 Bakıda polis faciəli şəkildə öldü  |     20:43 Avropa çempionatı: Cüdoçumuz qızıl medal qazandı  |     20:20 Ermənistan "TIR"ları Rusiyaya buraxılmadı  |     20:11 COP29 çərçivəsində IDEA və "Clean Air Fund" tərəfindən panel müzakirələri təşkil olunub  |    

NASA Titanda həyat növünün axtarışını reallaşdıracaq

NASA agentliyi Saturnun peyklərindən biri olan Titanın incələnməsi üzrə planlaşdırılan missiyanın ilkin məlumatlarını təqdim edib. Belə ki, NASA agentliyi 2030-cu illərin ortalarında Titana Dragonfly adlı eniş modulunu göndərməyi və onun sayəsində orqanik həyat növünün axtarılmasını planlaşdırır. Alimlərin əsas məqsədləri biokimyəvi nümunələrin tapılmasıdır. Məsələ burasındadır ki, Titanın atmosferi Yer kürəsinin atmosferinə bənzəyir və onun səthində böyük miqdarda maye mövcuddur. Bu özəlliklər isə onu bizim planetə maksimal dərəcədə oxşar hala gətirirlər. Buna baxmayaraq alimlər hələ də ordakı hava şəraiti və digər ətraf mühit göstəriciləri barəsində məlumatlara sahib deyillər.

Lakin məlum olan faktlardan biri də odur ki, orda metan yağışları yağır. Alimlər öz növbələrində Saturnun peykində canlı orqanizmlərin aşkar edilməsinə ümid edirlər. Titan barəsində məlum olan faktların böyük hissəsi onun Saturn orbitindən müşahidəsi nəticəsində əldə olunub. Belə ki, Cassini adlı kosmik aparat artıq 13 ildir ki, Saturn ətrafında dövr edir. Bu isə öz növbəsində planet və onun peykləri barəsində maraqlı məlumatları verib. 2005-ci ildə Titanın müşahidəsi ilə Huygens aparatı məşğul olmuşdu. O, eniş üçün lazımi konstruksiyaya sahib olmadığından peykin yalnız atmosferində olmuşdu. Titan aşağı göstəricidə qravitasiya gücünə və daha sıx atmosferə sahib olduğu üçün onu uçuş aparatı vasitəsilə müşahidə etmək mümkün olacaq.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            837 26.08.21 23:59